
ABŞ fövqəldövlət statusunu itirə bilər - ANALİZ
Yusif Nəzərli
00:32 11.06.2025
Gündəm
310
Tramp Ukraynadan tam geri çəkilərsə, Avropa İttifaqı yeni beynəlxalq siyasi və hərbi güc olacaq
Rusiya və ABŞ artıq Bayden administrasiyası dövründəkindən daha normal vəziyyətdədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. XİN başçısı bildirib ki, Vladimir Putin və Donald Tramp arasında münasibətlər işgüzardır: "Onlar telefon danışıqları zamanı dərhal problemlərin mahiyyətini müzakirə edirlər".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp deyib ki, o, Rusiya rəhbəri Vladimir Putinin Ukraynadakı hərəkətlərini başa düşür. Həmçinin Tramp Rusiyanın münaqişənin həlli çərçivəsində oyun oynaması iddiasını rədd edib. Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski Putinin qisas hədələrinə cavab verib. Zelenski deyib ki, 2025-ci ilin əvvəlindən etibarən Rusiya Ukrayna ərazisinə hücumlar zamanı təxminən 27 700 aviabomba, 11 200-ə yaxın “Şahid” və təxminən 9 000 digər zərbə PUA-sı tətbiq edib. Bundan əlavə, düşmən 700-dən çox raket, xüsusilə ballistik raketlər buraxıb. Zelenski rusların Ukraynaya qarşı bu cür intensiv hücum tempini müharibənin ilk günlərindən etibarən şüurlu şəkildə seçdiyini vurğulayıb. Prezidentin sözlərinə görə, Kreml başqa ölkələrin insanlarını öldürmək imkanı əldə etmək üçün öz dövlətini daxildən yenidən qurub: "Rusiya ilə müxtəlif səviyyələrdə çoxlu danışıqlar aparılıb. Lakin bu danışıqlar nə etibarlı sülhə, nə də müharibənin dayandırılmasına səbəb olub. Təəssüf ki, Putin cəzasızlıq hissi ilə yaşayır və dəhşətli zərbələrə baxmayaraq, guya hansısa “cavablar” hazırlayır. Bu isə o deməkdir ki, hər yeni zərbə, diplomatiyanın hər yeni təxirə salınması ilə Rusiya bütün dünyaya orta barmağını göstərir. O cümlədən Rusiyaya təzyiqi artırmaq istəməyən hər kəsə..". Qeyd edək ki, Ukraynanın 1 iyun əməliyyatı nəticəsində Rusiyanın 4 aerodromunda ümumilikdə 41 hərbi təyyarə məhv edilib. Putin Trampla telefon danışığında bu hücuma cavab veriləcəyini bildirib.

Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, Donald Tramp ABŞ-nin beynəlxalq mövqelərini zəiflədir. Ekspert xatırladıb ki, ABŞ Prezidenti Trampla Rusiya prezidenti arasında baş tutan telefon danışığında görüş barədə razılaşma əldə edilməyib:
"Çünki görüş Ukrayna danışıqlarında ciddi irəliləyişlərin əldə olunması ilə nəticələnməli idi. Rusiya tərəfi nə atəşkəsə, nə də sülhə hazırdır. Göründüyü kimi, baş tutan telefon danışığından sonra Tramp Ukraynaya zərbələrə seyrçi qalıb. Tramp Ukraynaya hərbi yardımları dayandırmaqla yanaşı, Rusiyaya sanksiyaların tətbiqinin də qarşısını aldı. Putinə bundan böyük hədiyyə ola bilməzdi. Proseslər onu göstərir ki, D.Tramp Ukraynanı Putinə güzəştə getməyə hazırdır. Hazırda ABŞ Konqresində respublikaçılar Trampın Ukrayna siyasətindən narazıdır. Əgər Tramp hazırkı siyasətini davam etdirəcəksə, onun siyasi karyerası, həmçinin Respublikaçılar Partiyasının növbəti mərhələdə seçkilərdə iştirakı Ukrayna müharibəsindən asılı olacaq. Xüsusilə, bu siyasət Respublikaçılar Partiyasının imicinə zərbədir".
Analitik hesab edir ki, əgər, ABŞ Ukraynadan tam geri çəkilərsə, Avropa İttifaqı yeni beynəlxalq siyasi və hərbi güc olacaq:
"Bundan əlavə, Böyük Britaniya da öz beynəlxalq siyasi mövqeyini gücləndirəcək. ABŞ Ukraynanı Rusiya qarşısında dəstəkləməyəcəksə, artıq fövqəldövlət statusunu itirə bilər. Tramp prezidentliyə başladıqdan sonra heç bir müsbət uğura imza atmayıb. Hakimiyyət daxilində böhran davam edir. Kaliforniyada etiraz aksiyaları məhz onun daxili siyasətinin iflasıdır. Ağ Ev rəhbəri strateji və müttəfiq ölkələri ilə münasibətləri gərginləşdirib. Amerika qitəsində güclənməsini özünün strateji planına daxil edən Tramp Latın Amerikası ölkələri və Kanada ilə soyuq münasibətlərə malikdir. Ona görə də onun "ABŞ yenidən qayıtdı", "güclü Amerika" kimi şüarları populizmdir. ABŞ özünün beynəlxalq müstəvidə qürubunu yaşayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya