ABŞ ilə İran arasında İstanbulda, daha sonra isə Omanda keçirilməsi planlaşdırılan danışıqlar son anda ləğv edilsə də, bir neçə saat sonra prosesin davam edəcəyi bildirilib. ABŞ mediasına görə, Vaşinqton İranın danışıqların yeri və formatı ilə bağlı tələblərini qəbul etməyib. Tehran isə görüşlərin Omanda və yalnız nüvə mövzuları üzrə keçirilməsini istəyib.
Sherg.az xəbər verir ki, İran rəsmiləri danışıqların Maskatda plan üzrə keçiriləcəyini açıqlayıb. Ağ Ev də bunu təsdiqləyib. Məlumata görə, Yaxın Şərqdən 9 lider ABŞ-ni danışıqlardan çəkilməməyə çağırıb.
ABŞ prezidenti Donald Tramp İran lideri Əli Xameneiyə sərt mesaj verərək, “narahat olmalıdır” deyib. Türkiyənin isə danışıqların İstanbulda keçirilməsi üçün səylər göstərdiyi qeyd olunur.