ABŞ mediasının məlumatına görə, Prezident Donald Tramp İrana quru qoşunları göndərilməsi ehtimalını nəzərdən keçirir.
Sherg.az xəbər verir ki, bu barədə NBC telekanalı amerikalı rəsmilərə istinadən xəbər yayıb.
Məlumata görə, Tramp bəzi yaxın köməkçilərinə və respublikaçı siyasətçilərə məhdud sayda hərbi bölmənin göndərilməsi ideyasına müsbət yanaşdığını bildirib. Lakin hazırda İrana qarşı genişmiqyaslı quru əməliyyatı planlaşdırılmır.
Ekspertlər qeyd edirlər ki, belə bir addım əsasən hava zərbələri ilə məhv edilə bilməyən hədəflərə qarşı qısa müddətli xüsusi əməliyyatlar üçün nəzərdə tutula bilər.
Digər tərəfdən, "Fox News" ABŞ-nin bölgəyə üçüncü təyyarədaşıyan gəmi göndərə biləcəyini yazıb. Məlumata görə, “George H.W. Bush” təyyarədaşıyan gəmisi Şərqi Aralıq dənizinə istiqamətləndirilə bilər.