ABŞ nümayəndə heyəti Bakıdan Ermənistana yola düşəcək

ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdan Ermənistana səfər edəcək.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyi məlumat verib.

Qeyd edək ki, dünən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında enerji, ticarət, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və ABŞ-nin özəl sektor nümayəndələrinin ölkəmizdə müvafiq infrastruktur və logistika imkanları ilə tanış olması, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.