
ABŞ strateji səbrini itirdi: İran üçün yeni sanksiyalar raundu başladı
Yusif Nəzərli
01:46 15.05.2025
Gündəm
410
ABŞ İranın nüvə proqramına görə ona qarşı yeni sanksiyalar elan edib. Bu barədə Dövlət Departamentinin saytında məlumat verilib. Tədbirlər iki ölkə arasında davam edən danışıqlara baxmayaraq tətbiq edilib. ABŞ dövlət katibi Mark Rubionun sözlərinə görə, İran nüvə proqramını əhəmiyyətli dərəcədə genişləndirməyə və nüvə silahlarının çatdırılması sistemlərinə tətbiq edilən ikili təyinatlı tədqiqat və təkmilləşdirmələr aparmağa davam edir. Rubio əlavə edib ki, İran dünyada uranı 60 faiz saflığa qədər zənginləşdirən yeganə qeyri-nüvə ölkəsidir.
Qeyd edək ki, ABŞ-nin İranın nüvə proqramı ilə bağlı yeni sanksiyalar tətbiq etməsi iki ölkə arasında gərgin münasibətlərin davam etdiyini bir daha ortaya qoyur. Sanksiyalar mayın 11-də Omanda keçirilmiş və “çətin, lakin faydalı” adlandırılan danışıqlar raundundan sonra elan olunub. Bu addım ABŞ-nin İranın nüvə ambisiyalarını yalnız diplomatik vasitələrlə deyil, iqtisadi təzyiqlərlə də məhdudlaşdırmaq niyyətində olduğunu göstərir. İranın nüvə fəaliyyətləri və ona qarşı sanksiyalar Yaxın Şərqdə güc balansına birbaşa təsir göstərir. İranın nüvə silahına yaxınlaşması İsraildə ciddi narahatlıq doğurur və bu ölkə dəfələrlə lazım gələrsə, hərbi tədbirlərə əl atacağını bəyan edib.
Üstəlik, ABŞ-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı strateji səbrinin tükəndiyini göstərir. Bu, həm də diplomatik danışıqlarda İranın güzəştə getmək istəmədiyinə dair bir mesajdır. Xüsusilə uranın 60 faizə qədər zənginləşdirilməsi faktı, ABŞ üçün "qırmızı xəttə" yaxınlaşma kimi qiymətləndirilir.
Maraqlıdır, ABŞ-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi gərginliyi hansı səviyyəyə qədər yüksəldəcək?

Politoloq Sona Əliyeva “Şərq”ə bildirib ki, Omanda gerçəkləşən ABŞ-İran danışıqları olduqca ləng gedir. Onun fikrincə, bu ləngliyin əsas səbəbi tərəflərin vaxt qazanmasına hesablanmış strateji xətdir:
“ABŞ vaxt uzatmaqla İranın nüvə blokadasını daha da daraltmağa çalışır. Danışıqların gerçəkləşdiyi bir məqamda bu cür həmlələrlə ABŞ daha sərt addımların mesajını verir. Yəni bir növ İrana qarşı "əzələ nümayişi"dir. Birləşmiş Ştatlar İrana qarşı yeni sanksiyalarla Rusiya və Çindən gələ biləcək yeni nüvə reaktoru hissələri axınının qarşısını almağa çalışır. Bu addımlarla həm də Moskva və Pekinə xəbərdarlıq etmiş olur. Tramp administrasiyası İranı Rusiya və Çin üçbucağından ayıraraq "kor bucağa" salmaqda, təkləməkdə israrlıdır. Əslində, İrana qarşı yeni sanksiyalar dalğası Tehrandan daha çox Pekin və Moskvaya qarşı yönəlib. Öz növbəsində İran da vaxt udmağa çalışır ki, müharibə onun sərhədlərini aşmadan nüvə silahına sahib olsun. Artıq MAQATE də İranla bağlı mənfi rəylər verməkdə davam edir. Bir sözlə, İran nüvə silahının bir addımlığındadır. Bu isə nəinki ABŞ-yə, İranla eyni regionda yerləşən ölkələrə də təhlükədir. Düşünürəm ki, qarşıdakı həftələrdə də danışıqların növbəti raundu baş tutacaq. Amma Birləşmiş Ştatlar daha cəld tərpənməyə məhkumdur. Əks halda, bu, ABŞ-nin regiondan birdəfəlik çəkilməsi ilə nəticələnə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət
Toyuq əti də bahalaşdı - VIDEO
10:08 02.10.2026
İqtisadiyyat
Türkiyədə Eyüpsultan bələdiyyəsinin sədri saxlanılıb
10:01 02.10.2026
Hadisə
Almaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
09:25 02.10.2026
Hadisə
Maykl Ceksonun qızı da şouda idi
08:21 02.10.2026
Şou
Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
08:19 02.10.2026
Cəmiyyət
Moskvada kişilər üçün dayə xidməti - Yatızdırır, qucaqlayır…
07:50 02.10.2026
Maraqlı
Qəhvəni bu saatda için
06:10 02.10.2026
Sağlamlıq