ABŞ və Ermənistan “Tramp Marşrutu”nu müzakirə etdi

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan Lens Kokonosun rəhbərlik etdiyi ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Sərkis Xandanyan görüşdə Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişafını yüksək qiymətləndirib.

Həmsöhbətlər “Tramp Marşrutu” layihəsinin (TRIPP) həyata keçirilməsinin vacibliyindən danışıblar, yaxın gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.

Sərkis Xandanyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması proseslərindəki son inkişaflara toxunub.