
ABŞ Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - RƏY
Yusif Nəzərli
22:51 22.01.2025
Gündəm
384
Bu halda, Rusiya dəhlizin açılmasına ciddi mane olacaq və İranla eyni mövqedən çıxış edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada İrəvanı Zəngəzurla təhdid edib. Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən Moskva görüşünü dəyərləndirən erməni politoloqların iddiasına görə, görüşdə Rusiya tərəfinin Sünikdə (Zəngəzur – red.) konsulluq açması və ümumilikdə Ermənistandakı diplomatik nümayəndəliklərin genişləndirilməsi təklif olunub. Lakin Mirzoyan hər iki təklifə etiraz edib və bəyənmədiyini bildirib. Təklifləri rədd edən Mirzoyan Sünikin ruslaşmasının ermənilərə lazım olmadığını, orada nə qədər az rus olarsa, o qədər yaxşı olduğunu bəyan edib. Lavrov isə bildirib ki, Sünik Ermənistanın tərkibində qalmasa, bu, ölkənin sonu olacaq.

Rusiya ilə Ermənistan arasındakı münasibətləri, Zəngəzur dəhlizi üzərində oynanılan oyunları şərh edən siyasi şərhçi Vüqar Dadaşov isə “Sherg.az”ə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı qeyri-müəyyənlik Donald Tramp və Vladimir Putinin razılaşıb, razılaşmayacağından asılıdır. Onun fikrincə, indiki vəziyyətdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bəndlərindən çıxarılmış Zəngəzur dəhlizi məsələsi, ən azı sülh müqaviləsinin özü qədər çətin razılaşma predmetinə çevrilib:
“ABŞ Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasından sonra, ABŞ Aİ-nin Ermənistanda mülki missiya adı altında yerləşdirdiyi yarım-hərbi qüvvələrinə bir qrup ilə qoşulması ABŞ-nin Ermənistanda oturuşması üçün ciddi addımdır. Həmçinin ABŞ Zəngəzur dəhlizinə nəzarət edəcəyini planlaşdırır və bu yanaşma Ermənistanı da tam qane edir.
Rusiya isə bu planın əleyhinədir. Rusiya birmənalı Zəngəzur dəhlizinin açılışına və ona nəzarəti 10 noyabr Moskva Bəyannaməsi çərçivəsində həllinin tərəfdarıdır. Əks halda, Rusiya Zəngəzur dəhlizinin açılmasına ciddi mane olacaq və İranla eyni mövqedən çıxış edəcək. Moskvada Rusiya-İran strateji tərəfdaşlıq sazişindən sonra, Rusiya və İranın birlikdə Zəngəzur dəhlizinin qəti əleyhinə gedəcəyi və onun nəzarətindən kənar açılmasına bütün imkanlarla mane olacağı şübhəsizdir. Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşünün də əsas mövzularından biri məhz Zəngəzur dəhlizi ilə bağlı idi. ABŞ-nin Ermənistanla sözügedən sazişi Co Bayden administrasiyası tərəfindən imzalanıb, prezident səlahiyyətlərinə yenidən başlamış Donald Tramp administrasiyasının isə bu sazişə eyni yanaşma göstərəcəyi sual altındadır və hətta Donald Trampın ABŞ-Ermənistan arasındakı strateji tərəfdaşlıq sazişini geri cevirəcəyi ehtimalını da tam istisna etmək olmaz. Lakin hazırlaşılan görüşdə Donald Tramp Vladimir Putinlə razılaşarsa, ABŞ və Ermənistan arasındakı saziş əhəmiyyətsiz olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm
Türkmənistanın ÜTT-yə üzvlüyü üçün yol xəritəsi hazırlandı
18:04 19.01.2026
Dünya
Türkiyədə məşhur aparıcı həbs edilib
17:42 19.01.2026
Şou
İranda etirazçılar təslim olmağa çağırıldı
17:20 19.01.2026
Dünya
Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü
17:14 19.01.2026
Hadisə