Ağ Ev Rusiya - Ukrayna müharibəsinin dayandırılması məqsədilə ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların 23-24 yanvar tarixlərində BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcəyini açıqlayıb.
Sherg.az xəbər verir ki, Ağ Ev rəsmisi danışıqların yerini və tarixini təsdiqləyərək, görüşlərin sabah və 24 yanvar şənbə günü baş tutacağını bildirib.