
Ağ Evin bütün gedişləri Rusiyanı gücləndirir - ŞƏRH
Yusif Nəzərli
22:25 04.03.2025
Gündəm
412
Fakt odur ki, Tramp və onun komandasının yürütdüyü siyasət ABŞ-ni dünyanın fövqəldövlət statusundan məhrumiyyətə doğru aparır
"ABŞ Prezidenti Donald Trampın dövlətin siyasi, ideoloji mahiyyətini kommersiya prinsipinlərindən arxa plana keçirməsi oturuşmuş beynəlxalq siyasi tarazlığı əhəmiyyətli dərəcədə pozub".
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib. Onun sözlərinə görə, Trampın qlobal dünya düzəninə gətirdiyi praktik yeniliklər, ABŞ-yə gözlənilən iqtisadi və maliyyə gəlirləri uğrunda beynəlxalq nizamı pozan gedişləri onun siyasi niyyətini gizlətmək məqsədi də daşıya bilər:

“Ancaq fakt budur ki, Tramp və onun komandasının yürütdüyü siyasət ABŞ-ni dünyanın fövqəldövlət statusundan məhrumiyyətə doğru aparır. ABŞ-nin Avropa, Ukraynanın təhlükəsizliyinin təminatıdan imtinası ilk növbədə Avropanın birliyinə böyük zərbə vurur, parçalanmasını qaçılmaz vəziyyət gətirir. Tramp Ukrayna və Avropa İttifaqı ilə bağlı siyasəti, ABŞ-nin ən yaxın və etibarlı müttəfiqi Böyük Britaniya üçün də çıxılmaz vəziyyət yaradır. Nəticələrinə görə Trampın bütün gedişləri Avropa İttifaqını, NATO-nu zəiflədir, Rusiyanı gücləndirir, manevr və manipulyasiya imkanlarını artırır”.
Trampın Rusiyanın maraqlarını təmin edən addımlar atması ilə bağlı suallara gəldikdə isə siyasi şərhçi burada müxtəlif versiyaların olduğunu bildirib:
“Donald Trampın "Rusiyanın agenti" versiyası əsas çəkiyə malikdir. Belə ki, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri Alnur Musayev Donald Trampın hələ 1987-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 6-cı bölməsi tərəfindən əməkdaşlığa cəlb edildiyini, əməliyyatın "Krasnov" kodu ilə aparıldığını, Rusiyanın əlində Trampa qarşı tutarlı kompramatının olmasını və onun Rusiyanın qarmağından çıxmaq imkansızlığı barədə açıqlama verib. Üstəlik, ABŞ vitse-prezidenti Cey Di Vensin hələ gənclik illərindən SSRİ-yə sevgisi və Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi barədə tutarlı faktlar ortaya çıxıb. Donald Trampa qarşı nəinki impiçment və hətta ona qarşı "vətənə xəyanət" ittihamı mümkündür. Əlbəttə ki, Donald Trampa qarşı impiçment irəli sürüləcək, ancaq ABŞ prezidentinin "Rusiya agenti" kimi ABŞ-nin beynəlxalq imic və nüfuzuna xələl gətirdiyi üçün "agent damğası" ilə ittiham edilməsinə ABŞ siyasi elitası, dərin dövlətinin gedəcəyi ehtimalı azdır. Donald Trampın irəli sürdüyü dağıdıcı siyasi kursu, Avropanın və müttəfiqlərinin təhlükəsizliyinin təmindən imtinası, Avropa və NATO ölkələri üçün panika və parçalanma ehtimalı yaratsa da, tamamilə əks effekt verəcək. Bu əks prosesi "sanksiya efekti" də adlandırmaq olar. Yəni ki, Avropa və NATO ölkələri, xüsusən də, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa məcburiyyətdən ABŞ-dən müstəqil şəkildə öz təhlükəsizliyini təmin etmək üçün real addımlar ataraq, ABŞ-dən təhlükəsizlik asılılığını aradan qaldıra biləcək. Türkiyə isə ancaq Böyük Britaniya ilə koordinasiya edə bilər və Ukraynanın xilası əsasən bu birlikdən keçir. Ukrayna ABŞ ilə həm də nadir metal ehtiyatları ilə bağlı müqavilə bağlaya bilər, ancaq həmin müqavilə Rusiya-Ukrayna müharibəsi ilə, yaxud müharibənin dayandırılması ilə bağlı olmayacaq. Çin isə proseslərdən kənardır, niyəsi də məlumdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə