Ağdamdakı arxeoloji qazıntılar nəticəsində aşkarlanan əşyalar Ermənistana aparılır - Hikmət Hacıyev


Ermənistan tərəfi son dövrlərdə də ərazilərimizin işğaldan azad edilməsi çərçivəsində ətraf mühitlə yanaşı, maddi-mədəniyyət abidələrinə ziyan vururlar.

Trend-in məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanın işal edilmiş Ağdam rayonu yaxınlığında onların “Tiqranakert” adlandırdıqları zonada qanunsuz arxeoloji qazıntılar aparıblar. Bu arxeoloji qazıntılar nəticəsində Azərbaycan xalqına aid olan mədəniyyət irsinin tərkib hissəsi olan əşyalar da qablaşdırılaraq, Ermənistana aparılması ilə bağlı da faktlar var:

“Bu, erməni mediasında da öz təsbitini tapıb. Bütün bunlar beynəlxalq konvensiyaların tələblərinin çox ciddi şəkildə pzoulmasıdır. Azərbaycan hər zaman maddi-mədəniyyət irsinin qorunmasına həssaslıq göstərib. Təəssüflər olsun ki, Azərbaycanın işöal edilmiş ərazilərində maddi-mədəni irsi dağıdan, talan edən məhz Ermənistan olub”.