
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Yusif Nəzərli
06:23 15.05.2025
Gündəm
530
Regionlarda məmur anlayışının çox aşağı səviyyədədir
Yeni təyinat almış icra başçıları əvvəlki kadrlarla işləməyə üstünlük verir
Kəndlərdə, qəsəbələrdə tədbirlərin necə, hansı müstəvidə təşkil olunduğu bəlli deyil. Bu da yerlərdə dövlətçilik ənənəsinin hələ də formalaşmamasından irəli gəlir. Təsadüfi insanların məmurluğa gətirilməsindən qaynaqlanır
Siyasi savadsızlıq, bacarıqsızlıq, idarəetmə qabiliyyətinin olmaması bir partiya məktəbinin yoxluğundan üzə çıxır
İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etməsi ciddi narazılıq doğurdu. Tənqidlərdən sonra məsələyə baxıldı və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirildi. Nəticədə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi barədə qərar qəbul edildi. Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verildi.

Məlumat üçün bildirək ki, “Georgi lenti”nin tarixi 18-ci əsrə gedib çıxır. Lent 1769-cu ildə təsis olunub və “Müqəddəs Georgi” ordeninə bərkidilib. Zaman keçdikcə “Georgi lenti” müxtəlif medallara, hərbi mükafatlara taxılıb. SSRİ dönəmində Stalinin əmriylə müxtəlif sovet medallarına taxılması üçün bərpa edilib. “Georgi lenti”nin 9 may Qələbə Günü ilə əlaqələndirilməsinin səbəbi odur ki, bu lentin taxıldığı medal rekord dərəcədə çox adama, 15 milyon sovet əsgərinə, sonradan isə müharibə veteranlarına verilib. Məhz bu kütləvilik ordenin 9 mayla əlaqəsinə səbəb olub. Bir məqamı da vurğulayaq ki, “Georgi ordeni” və lentinə Azərbaycanın çar Rusiyası tərəfindən işğalında böyük rol oynamış Sisyanov və Yermolov kimi generallar da layiq görülüblər. Görünür, müstəqil Azərbaycanda hələ də keçmiş imperiya rejimlərinin, sovetin xiffətini çəkənlər də varmış.
AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə açıqlamasında deyib ki, öz tarixini, keçmişini bilməyən və üstəlik, araşdırıb-öyrənməyən savadsız kadrların müxtəlif vəzifələrdə təmsil olunması ancaq belə xoşagəlməz mənzərələrin yaranmasına səbəb olacaq. Partiya rəhbəri vurğulayıb ki, görünür, ağsaqqal Saleh Səmədov Rusiya kanallarına daha çox baxdığı üçün "qaza gələrək" belə addım atıb:
"Yəqin ki, S.Səmədov "Georgi lenti"nin nə olduğunun, mənasını bilmir. Yaxud başı üzərinə qaldırdığı "çəkicli-oraqlı" qırmızı bayraq altında onminlərlə insanımızın qətlə yetirildiyindən xəbərsizdir. Sovet imperiyası nə qədər insanımızı məhv edib, ziyalılarımızı güllələyib, Sibirə sürgünə yollayıb, ailələri dağıdıb. Ağsaqqalın bizim torpaqlarımızın rus imperiyası tərəfindən ermənilərə peşkəş edilməsindən, repressiyalardan məlumatı varmı? Əgər bunları bilmirsə, həmin şəxsin bir rayonun Ağsaqqallar Şurasının sədrliyində nə işi var? Ora necə gətirilib? Hələ də Rusiyanın təbliğatı altında qalmışıqsa, müstəqillikdən necə danışa bilərik? Sabah Fransaya rəğbət bəsləyən biri evində Napoleonun büstünü qoyacaq, sabah kimsə Donald Trampın heykəlini saxlayacaq. Bu nə dövlətçilik anlayışıdır?! Məmurun, səlahiyyət sahibi şəxsin bunu etməsi daha dəhşətli və dözülməzdir".
T.Abbaslı ümumiyyətlə, regionlarda məmur anlayışının çox aşağı səviyyədə olduğunu vurğulayıb: "İcra başçıları bu məsələlərlə maraqlanmırlar. Yeni təyinat almış icra başçıları əvvəlki kadrlarla işləməyə üstünlük verir. Heç kimi çağırıb, soruşmurlar ki, "siz kimsiz, dünya görüşünüz, yanaşmanız, baxışınız nədir?". Rayonlarda bayram günləri, özəl günlərlə bağlı keçirilən tədbirlərin protokolu varmı-yoxmu, o da bilinmir. Kəndlərdə, qəsəbələrdə tədbirlərin necə, hansı müstəvidə təşkil olunduğu bəlli deyil. Bu da yerlərdə dövlətçilik ənənəsinin hələ də formalaşmamasından irəli gəlir. Təsadüfi insanların məmurluğa gətirilməsindən qaynaqlanır. Ona görə hər zaman qeyd edirik ki, partiyaların rolu ictimaiyyətdə artırılmalıdır. Siyasi savadsızlıq, bacarıqsızlıq, idarəetmə qabiliyyətinin olmaması bir partiya məktəbinin yoxluğundan üzə çıxır. Heç kəsə sirr deyil ki, bəzi hallarda regional əhəmiyyətli vəzifələrə korrupsiya, qohumbazlıq, tayfabazlıqla yiyələnirlər. Nəticələri də belə arzuolunmaz olur, narazılıqlar yaradır. Güman edirəm ki, İmişlidə həmin şəxsin cəzalandırılması digərlərinə də dərs olar".
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət
Toyuq əti də bahalaşdı - VIDEO
10:08 02.10.2026
İqtisadiyyat
Türkiyədə Eyüpsultan bələdiyyəsinin sədri saxlanılıb
10:01 02.10.2026
Hadisə
Almaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
09:25 02.10.2026
Hadisə
Maykl Ceksonun qızı da şouda idi
08:21 02.10.2026
Şou
Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
08:19 02.10.2026
Cəmiyyət
Moskvada kişilər üçün dayə xidməti - Yatızdırır, qucaqlayır…
07:50 02.10.2026
Maraqlı
Qəhvəni bu saatda için
06:10 02.10.2026
Sağlamlıq