Aİ: Azərbaycan qazının qəbulu üçün infrastruktur və koordinasiya vacibdir

Azərbaycan qazının Avropaya fasiləsiz çatdırılması üçün müvafiq infrastrukturun qurulması və tərəflər arasında sıx koordinasiya əsas şərtdir.

“APA-Economics” xəbər verir ki, bunu Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensen Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Komissar qeyd edib ki, qazın qəbulunun təmin edilməsi üçün yerli qurumlar, icmalar və Aİ-yə üzv dövlətlər arasında operativ kommunikasiya və koordinasiya mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, tərəflər bu prosesi daha da asanlaşdırmaq və əməkdaşlığı gücləndirmək imkanlarını müzakirə ediblər.