Avropa İttifaqı Ermənistana qurumun Sülh Fondundan 20 milyon avro yardım ayrılmasını təsdiqləyib.
Teleqraf "news.am"a istinadən xəbər verir ki, qərar bu gün verilib .
Ermənistan ötən il fonda yardım üçün müraciət etmişdi, lakin Macarıstan bunu bloklamışdı. Rəsmi Budapeşt Ermənistanın Azərbaycana da bərabər yardım göstəriləcəyi təqdirdə yardım almasına qarşı olmadığını bildirmişdi. Lakin diplomatik görüşlərdən və pərdəarxası danışıqlardan sonra Macarıstan mövqeyini dəyişib.
Bununla da Ermənistan Avropa fondundan ikinci dəfə dəstək alıb. İrəvan ilk dəfə 2024-cü ilin iyul ayında fonddan 10 milyon avro məbləğində yardım alıb.
Bu dəfə məbləğ ikiqat artırılıb. Prioritet Ermənistanın silahlı qüvvələrini, müdafiə qabiliyyətlərini logistika və tibbi avadanlıqla, eləcə də zəruri texniki təlimlə gücləndirməkdir. Məbləğ növbəti 35 ay üçün nəzərdə tutulub.