Aİ-nin Ermənistandakı müşahidə missiyasının mandatının uzadılması müzakirə olunmur

Ermənistanda Avropa İttifaqının (Aİ) müşahidə missiyasının (EUMA) mandatının uzadılması ilə bağlı müzakirələr aparılmır.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter bildirib.

Markus Ritter qeyd edib ki, rəsmi İrəvan mülki müşahidə missiyasının Azərbaycanla sülh müqaviləsi imzalanana və ratifikasiya olunana qədər fəaliyyətini davam etdirməsini arzulayır:

"Ermənistan hakimiyyəti missiyanın işini davam etdirməsini istəsə də, hazırda mandatın uzadılması ilə bağlı heç bir rəsmi müzakirə aparılmır".

Qeyd edək ki, EUMA-nın hazırkı mandatı gələn ilin fevral ayında başa çatır. Aİ-nin Ermənistandakı mülki missiyası 20 fevral 2023-cü il tarixdən etibarən ikiillik mandatla fəaliyyətə başlayıb. 30 yanvar 2025-ci ildə isə bu müddət daha iki il uzadılmışdı.