AKP iqtidarı Osmanlı missiyasını özünə hədəf seçib
Turan
10:37 02.03.2021
Gündəm
581
Tural Abbaslı: “Türkiyə Balkanlardan Asiyaya, Afrikadan Cənubi Qafqaza qədər bütün türklərə, müsəlmanlara qucaq açacaq”
“Türkiyə dövləti haqlı olaraq özünü Osmanlının mənəvi davamçısı hesab edir”. Bu sözləri “Şərq”ə AĞ Partiya sədri Tural Abbaslı deyib. Partiya rəhbərinin sözlərinə görə, indi bu amil Türkiyənin xarici siyasətində bariz görsənir:
“Ankara hökuməti, daha doğrusu, AKP iqtidarı Osmanlı missiyasını özünə hədəf seçib. Osmanlı dünyadakı müsəlmanların, eyni zamanda türklərin ən böyük və güclü himayədarı rolunda çıxış edirdi. Türkiyə məhz bu amal uğrunda ciddi fəaliyyət göstərir. Hamımız uzun illər ərzində müsəlman-türk dünyasının sahibsizliyini görmüşük, hiss etmişik.
Çox sevindirici haldır ki, bu gün qardaş Türkiyə kimi çox qüdrətli dostumuz, tərəfdaşımız var. Ötən gün Prezident Ərdoğanın da qeyd etdiyi kimi Türkiyə Balkanlardan Asiyaya, Afrikadan Cənubi Qafqaza qədər bütün türklərə, müsəlmanlara qucaq açacaq”.
T.Abbaslının sözlərinə görə, artıq Türkiyə əcdadlarının tarixi missiyasının icrasına başlayıb:
“Dünyanın bir çox bölgəsində, qaynar nöqtələrdə bunun dəfələrlə şahidi olmuşuq. Xoşbəxtik ki, Türkiyəni nəhayət Cənubi Qafqazda, Qarabağda da gördük. Heç şübhəsiz, görməyə də davam edəcəyik. Türkiyə liderinin sözləri Rusiya ilə yanaşı, Qərb ölkələrinə də bir mesajdır ki, heç kim türk dünyasını sahibsiz sanmasın. Güclü Türkiyə güclü türk-islam dünyası deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol