Allahşükür Paşazadə: Ola bilər ki, Roma Papasının dəfnində iştirak edim, amma dəqiq deyil
11:05 23.04.2025
Gündəm
325
“Roma Papasının dəfnində iştirak edib-etməyəcəyimi bilmirəm. Ola bilər, iştirak edim”.
Bu sözləri APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
“Biz Roma Papası üçün dua oxuyub, onun ruhunu yad edirik. Papanın müsəlmanlara, azərbaycanlılara, Azərbaycan rəhbərliyinə olan münasibəti çox yüksək idi. Həmişə Prezidentimizi soruşar, Heydər Əliyev Fondunun etdiyi işlərlə maraqlanardı. Papa Fransisk Heydər Məscidinə gəlib orada bizimlə görüş keçirmişdi. Biz də ona Quran hədiyyə etdik. Onun bütün dinlərə münasibəti yaxşı idi. Papa Fransisk çox böyük şəxsiyyət idi. O bütün dünyada sülhü, qardaşlığı istəyən insan olub. Məni Vatikana dəvət etmişdi. Bəhreyndə, Qazaxsıtanda və digər yerlərdə də görüş keçirmişik. Ümid edirəm, yeni seçilən Papa da gələcəkdə Fransiskin təməlini qoyduğu dostluq münasibətlərini davam etdirəcək”, - şeyxülislam qeyd edib.
Şeyxülislam qeyd edib ki, Roma Papası ilə yaxın vaxtlarda görüşləri planlaşdırılırmış: “Bir ay bundan əvvəl Papa məni dəvət etmişdi. Dini konfenssiyalarla bərabər biz görüşməli idik. Ancaq xəstəliyi buna imkan vermədi. Bu gün gəlib yəhudi, xristian dinlərinin nümayəndələrinin başsağlığı vermələri bizim birliyimizi, tolerantlığımızı göstərir. Allah bütün dünyada sülhü bərqərar eləsin. Azərbaycan xalqını və onun rəhbərini qorusun”, - sədr vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya