Ankarada mühüm görüş: Yaşar Gülər Tom Barrakı qəbul etdi

Ankarada mühüm bir görüş baş tutub.

Sherg.az xəbər verir ki, Milli Müdafiə naziri Yaşar Gülər ABŞ-nin Ankaradakı səfiri Tom Barrakı qəbul edib. Görüşdə bölgədəki son inkişaflar müzakirə olunub.

Qəbulda Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu da iştirak edib. Görüş zamanı bölgədə baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Barrak bir müddətdir Ankarada mühüm görüşlər keçirir.

O, dünən Prezidentin müavini Cövdət Yılmazla bir araya gəlib. Bundan əvvəlki gün isə Barrak ilə xarici işlər naziri Hakan Fidan arasında görüş baş tutmuşdu.