Aprelin 1-dən icbari tibbi sığorta haqlarının toplanmasına başlanacaq – RƏSMİ
Məlahət Rzayeva
10:49 08.01.2020
Gündəm
1202
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov sığorta haqları ilə bağlı danışıb. Sherg.az-ın xəbərinə görə, o, bildirib ki, 2020-ci il aprel ayının 1-dən etibarən icbari tibbi sığorta haqlarının toplanmasına başlanacaq:
“İcbari tibbi sığorta haqqı işçi ilə işəgötürən arasında faizlər nisbətində tənzimlənəcək. Qeyri-neft sektorunda, qeyri-dövlət işində çalışan vətəndaşların sığorta haqqı tutumları 1 faiz həcmində işçi, bir faiz həcmində isə işəgötürən tərəfindən ödəniləcək.
Əgər vətəndaşın aldığı əməkhaqqı 8 min manatdan yüksəkdirsə, 8 min manatadək həmin qaydada 1 faiz işçi, bir faiz işəgötürən tərəfindən, 8 mindən yuxarı olanda isə 0,5 faiz işçidən, 0,5 faiz isə işəgötürəndən tutulacaq. Dövlət və neft sektorunda çalışanlar üçün isə yığılacaq sığorta haqqı 2 faiz məbləğindədir. 2 faizi işçi özü, 2 fazi işəgötürən tərəfindən ödəniləcək. 8 mindən yuxarıdırsa, eyni qaydada 0,5 faiz tutulmalar həyata keçiriləcək. Fərdi sahibkarlıqla məşğul olan Azərbaycan vətəndaşları minimum əmək haqqının 4 faiz həcmində sığorta haqqı ödəyəcəklər”.
Şöbə müdiri onu da qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı üçün dövlət büdcəsindən 90 manat həcmində sığorta haqqı agentliyə ödənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual