Artıq kişilər də həkimə getməyə başlayıb – SONSUZLUQ PROBLEMİ
Məlahət Rzayeva
10:22 05.12.2019
Gündəm
896
Sosioloq Lalə Mehralı gənc ailələri düşündürən məsələyə toxunub. L.Mehralı sosial şəbəkə üzərindən paylaşdığı statusda qeyd edib ki, kişi sonsuzluğu yüksək həddədir, lakin müalicə olunan yalnız qadınlardır.
Həkim-ginekoloq Fəxranə Hüseynzadə “Şərq.az”a açıqlamasında problemin həqiqətən çox ciddi olduğunu söylədi:
“Xanıma təşəkkür edirəm ki, belə bir aktual mövzuya toxunub. Həqiqətən də sonsuzluğun və həmçinin boşanmaların böyük faizi kişi sonsuzluğu ilə əlaqəlidir. Bir halda ki, kişi sonsuzluğunun yüksək həddə olduğu bildirilir, deməli, kişilər həkimə müraciət etməyə başlayıb artıq. Bunun özü müsbət haldır. Şübhəsiz ki, bu, son zamanlar aparılan maarifləndirmə işlərinin, bəlkə də kişilərin dünyagörüşünün müsbətə doğru dəyişməsinin nəticəsidir. Bütün hallarda müsbət dəyişiklikdir. Çünki həqiqətən də biz həkimlər sonsuzluq problemi ilə bağlı müraciət edən pasiyentlərin müayinə və müalicəsini bəzən məhz kişilərin inadkarlığı səbəbi ilə tibbin tələb etdiyi qaydada apara bilmirik. Kişilər həkimə getməkdən, analiz verməkdən, müayinə olunmaqdan qaçırlar. Halbuki, kişilərin müayinə və müalicə olunması qadınlardan dəfələrlə asan və qısa müddətdə aparılır. Kişilərdən cəmi 1 analiz vermək tələb olunduğu halda, qadınlar ən azı 6 növ analiz verməlidirlər.
Kişilər müayinə olunmadığından həkimlər çarəsiz qalıb “səbəbi bilinməyən sonsuzluq” qənaətinə gəlirlər. Qadın, bütün müayinələrdən keçir, müalicələr alır, nəticəsi olmur. Kişi isə müayinə və müalicəni qətiyyən yaxına buraxmır. Axı bu qadın nə qədər müalicə olunsun, nə qədər iynə-dərman qəbul etsin?! Ona görə də sonsuzluq problemi varsa cütlüklər birgə müayinə və müalicə olunmalıdır. Mənə müraciət edən xanımlardan bunu tələb edirəm: “Həyat yoldaşınız müayinə olunsun”. Burada çətin bir iş yoxdur. Kişi tələb olunan bir analizi versin, sonra dayansın kənarda. Əgər onda bir problem yoxdursa, həkim artıq qadınla məşğul olacaq. Amma çox vaxt da görürəm ki, qadın çarəsiz qalıb, həyat yoldaşı müayinə olunmağa razılıq vermir. Qayınanalar da bu məsələdə günahkardır. “Oğlumda heç nə yoxdu, səbəb gəlindədi” deyib vəziyyəti gərginləşdirirlər. Hətta ilk evliliyindən övladı olan kişilər də təkrar müayinə olunmalıdır. Deməsinlər ki, övladım var, məndə sonsuzluq ola bilməz. İnsan orqanizmi müxtəlif infeksiyalara yoluxa bilər. Bu infeksiyalar gündəlik həyat tərzinə təsir etməyə, insanda hansısa problem yaratmaya bilər, amma nəsilartırma məsələlərinə mənfi təsir göstərə bilər. Normal halda insan hər 6 aydan bir yoxlanmalıdır. Ona görə də ilk evliliyindən övladları olan cütlüklər də, istər qadın, istər kişi, mütləq müayinə olunmalıdırlar. Cütlüklərin birgə müayinəsi vacibdir.
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə