Arzu Nağıyev: Zatulin Qarabağın separatçı rəhbərləri ilə daim münasibət saxlayıb
Yusif Nəzərli
08:30 25.01.2025
Gündəm
416
“Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin yenə öz ampluasındadır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Arzu Nağıyev deyib ki, ermənipərəst mövqeyi ilə tanınan Zatulin İkinci Qarabağ müharibəsi dövründə də öz çıxışları, eyni zamanda Qarabağa olan qeyri-qanuni səfərləri ilə yadda qalıb: “Konstantin Zatulin Qarabağın separatçı rəhbərləri ilə daimi münasibət saxlayıb və iqtisadi cəhətdən yararlanan deputat olub. Digər məqam onun Soçidən deputat seçilməsi məsələsidir. Hamıya məlumdur ki, Soçi ermənilərin daha çox yaşadığı ərazidir. Erməni xüsusi xidmət orqanlarının nəzarəti altında olan ərazidən seçilən bu deputat təbii ki, ermənilərin tərəfini saxlamalıdır. Onlar vaxtilə Qarabağ ərazisində separatizm meylli insanlardan istifadə edərək iqtisadi cəhətdən varlanmaq niyyətində olublar. Azərbaycana məxsus əraziləri talan edən həmin şəxsləri daim gündəmdə saxlamaqla Zatulin kimilər özlərinin də varlanması istiqamətində ciddi addımlar atıblar”.
Parlamentin komitə sədri təəssüf doğuran məqamın Konstantin Zatulinun bu çıxışları Rusiya Dövlət Dumasının nümayəndəsi kimi etdiyi olduğunu söyləyib: “Əsas məqam da odur ki, Zatulin separatçı rəhbərlər olan Bako Saakyan, Arkadi Qukasyan və digərlərini öz dostu kimi təqdim etməklə bir daha separatizm meyllərini gündəmə gətirir. Həmin şəxslərin bu gün məhkəmə qarşısında etdikləri cinayətləri hətta özlərinin belə etiraf etməsinə baxmayaraq, Zatulinlər onları günahsız kimi təqdim etməkdən çəkinmirlər. Müxtəlif separatçı siyasətçiləri bir araya gətirən “Lazerevski Klub”u erməni diasporundan gələn vəsait hesabına maliyyələşir. Təbii ki, biz bu gün məhkəmələri davam edən həmin separatçıların cinayətlərinin sübuta yetirilməsinin şahidi olacağıq.
Məlumdur ki, Paşinyan başda olmaqla Ermənistanın hazırkı rəhbərliyi Zatulin və onun kimilərinin siyasətini qəbul etmir. Lakin Zatulinlər vaxtilə Vardanyan kimilərinin vəsaitindən istifadə edərək gündəmdə qalıblar”.
Arzu Nağıyev qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müstəqil daxili və xarici siyasət təbii ki, Zatulin kimilərini razı sala bilməz: “Çünki Zatulin öz xoşbəxtliyini bir qrup insanın bədbəxtliyi üzərində qurmağa çalışan siyasətçi kimi tanınır. Bu gün bütün siyasətçilər, hətta ermənilərin özü başa düşür ki, Zatulinin işi, məqsədi ancaq ara qızışdıraraq yenidən bu problemləri gündəmdə saxlamaqla, Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişinə xələl gətirməkdir. Paşinyan hakimiyyəti, eyni zamanda digər siyasətçilər onun cavabını verir. Əsas məqam odur ki, bu gün Zatulin kimiləri sülh deyil, əksinə, yaranmış vəziyyətdən istifadə etməklə öz şəxsi mənafelərini təmin etmək maraqlandırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya