
Atəşkəsin pozulması əvvəlcədən planlaşdırılmış təxribatdır - DEPUTAT
Yusif Nəzərli
02:11 10.04.2025
Gündəm
495
Bütün hallarda məsuliyyət Ermənistan siyasi hakimiyyətinin üzərinə düşür
"Müharibədən sonrakı vəziyyət necə inkişaf edəcək? Bu, əsasən Ermənistandan asılıdır". Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik: "Bizim üçün bu məsələ bitib. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq". Ölkə rəhbəri qeyd edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq: "Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər. Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm". Azərbaycan Prezidenti vurğulayıb ki, əfsuslar olsun ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb: "Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi. Əslində, Ermənistan özünü bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilmədi”. Dövlət başçısı bəyan edib ki, Ermənistanın yeni dostları onu yeni, ölümcül silahlarla təmin edirlər: "Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan dövlət başçısı diqqətə çatdırıb ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur".
Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, Nikol Paşinyan hökumətinin hər addımda sülh müqaviləsindən danışması, ilk növbədə beynəlxalq ictimaiyyətdə erməni xalqının "sülhpərvər" imicini formalaşdırmaq, Azərbaycanı isə "sülhə mane olan tərəf" kimi tanıtmaq məqsədi daşıyır. Deputat vurğulayıb ki, Nikol Paşinyan stabil mövqeyi olmayan, səhər dediyini axşam inkar edən siyasətçilərdəndir:

"Boş danışıqlardansa, konkret əmələ keçmək, sülh müqaviləsini əngəlləyən maneləri aradan qaldırmaq lazımdır. Konstitusiyadan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan maddələr çıxarılmalı, ATƏT-in Minsk qrupu buraxılmalı, üçüncü dövlətlərə məxsus hərbiləşdirilmiş qüvvələr sərhəddən çəkilməlidir. Eyni zamanda, Ermənistan ordusunda potensial təxribatçılar aşkar edilərək kənarlaşdırılmalıdır. Əks halda, təxribatların davam etməyəcəyinə heç kim qarant dura bilməz".
Parlament üzvü son günlərdə şərti sərhədlərdə baş verən təxribatlara da münasibət bildirib:
"Son zamanlar şərti sərhəddə mövqelərimizin atəşə tutulmasının intensiv xarakter alması bölgədə gərginliyin artırılması məqsədi daşıyır. Burada iki variant ola bilər. Birinci variant odur ki, Azərbaycana təzyiq vasitəsi kimi Ermənistan rəhbərliyinin birbaşa tapşırığına əsasən atəşkəs pozulur. İkinci variant isə təxribatların erməni ordusunda Paşinyan hakimiyyətini qəbul etməyən, keçmiş "Qarabağ klanı"na bağlı qüvvələr tərəfindən törədilməsidir. İstənilən halda bu, əvvəlcədən planlaşdırılmış təxribatdır və məsuliyyət Ermənistan siyasi hakimiyyətinin üzərinə düşür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət