Avropa İttifaqı İrana qarşı əlavə sanksiyalar təklif edəcək.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “X” hesabında bildirib.
Onun sözlərinə görə, İranda insan itkilərinin artan sayı dəhşətvericidir.
“Mən birmənalı olaraq gücdən həddən artıq istifadəni və azadlığın davamlı olaraq məhdudlaşdırılmasını qınayıram. Artıq Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) tam olaraq insan haqları sanksiyaları rejiminə daxil edib. Kaya Kallasla yaxın əməkdaşlıqla, repressiyalara görə məsuliyyət daşıyanlara qarşı daha çox sanksiyaların tətbiq edilməsi sürətli bir şəkildə təklif ediləcək. Biz azadlıqları üçün yürüş edən İran xalqı ilə həmrəyik”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.