Avropa İttifaqı Ukraynanı dəstəkləməkdən geri çəkilməyəcək - RƏY
Yusif Nəzərli
01:05 11.03.2025
Gündəm
501
Ekspertin sözlərinə görə, bu, Rusiya-Ukrayna savaşının ən azından hələ bir müddət də davam edəcəyi ehtimalını gücləndirir
AB liderləri Brüsseldə keçirilən sammitdə Avropa Komissiyasının təklif etdiyi 800 milyard avroluq Avropanın hərbiləşdirilməsi planı üzrə razılığa gəliblər. Liderlər Avropa Komissiyasının müdafiəni gücləndirmək planını təsdiqləyiblər. Macarıstan Baş naziri Viktor Orban deyib ki, Avropa Birliyinin sammitində qəbul edilən yenidən silahlanma planı Almaniyanın II Dünya müharibəsindən sonra ən böyük ordu yaratmasına səbəb olacaq: "AB ölkələrinin müdafiəsinin gücləndirilməsi silahlı qüvvələrinin təkmilləşdirilməsi və hərbi sənayesinin inkişafına yönəlib. Buna görə Almaniya ordusu Avropanın ən böyük ordusu olacaq". Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Avropa Birliyi özünü Rusiyanın düşməni kimi göstərir. Ona görə də Avropa Birliyinin yenidən silahlanması və ya militarizasiyası Moskvanı narahat etməyə bilməz: "Biz görürük ki, AB hazırda özünün müdafiə sistemlərinin hərbiləşdirilməsi və inkişaf etdirilməsi perspektivlərini kifayət qədər fəal şəkildə müzakirə edir. Bu, bizim yaxından izlədiyimiz bir prosesdir, çünki AB Rusiyanı özünün əsas rəqibi hesab edir". Avropa Komissiyasının(AK) rəhbəri Ursula fon der Lyayen bu addımın təhlükəsiz və dayanıqlı Avropa üçün atıldığını bildirib.
Siyasi şərhçi Elvin Baxşalızadə "Sherg.az"a deyib ki, Avropa İttifaqı həm öz təhlükəsizliyi, həm də Ukraynaya dəstək mövzusunda geri addım atmayacaq. Ekspertin sözlərinə görə, bu isə Rusiya-Ukrayna savaşının ən azından hələ bir müddət də davam edəcəyi ehtimalını gücləndirir:
"İndiki məqamda nə Rusiya, nə də Ukrayna tərəfi hansısa ciddi kompromisə hazır görünür. Çünki hər iki tərəf üç ildən çox davam edən savaşda yüz minlərlə hərbçisini itirib. Bu kontekstdə qarşı tərəfə ediləcək hansısa güzəşt daxili auditoriyada böyük narazılıqla qarşılanacaq. Bundan başqa, son dövrlərdə Avropa İttifaqının bir neçə rəsmisi açıq şəkildə Rusiyanın qitə üçün ən ciddi təhdid olduğunu qeyd edib. Avropa silahlanırsa, bunun əsas səbəbi Rusiyadan gələ biləcək təhdidlərdir. ABŞ-dən fərqli olaraq Aİ Rusiya ilə qonşuluqda yerləşir. Avropa rəsmilərinin hazırkı əsas qayğısı da Rusiyanın Ukraynada hərbi qələbə qazanacağı təqdirdə rəsmi Moskvanın daha da aqressivləşəcəyi ssenarisidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə