Avropa Komissiyası ABŞ-ın Venesuela əməliyyatına ehtiyatlı yanaşır

Avropa Komissiyası ABŞ-ın Venesueladakı əməliyyatını beynəlxalq hüquqa uyğunluğunu əvvəlcədən qiymətləndirməyin erkən olduğunu bildirib.

Sherg.az xəbər verir ki, komissiya həmçinin Venesuelanın vitse-prezidenti Delsi Rodriqezin faktiki dövlət başçısı kimi legitimliyini tanımadığını açıqlayıb və siyasi keçid prosesinə demokratik yolla seçilmiş əsas rəqiblərin, o cümlədən 2024-cü il seçkilərinin qalibi Edmundo Qonsales və Nobel mükafatı laureatı Maria Korina Maçadonun daxil olmasının vacib olduğunu vurğulayıb.