Ayıldılar, toplandılar, ordu yaradırlar - RƏY
Yusif Nəzərli
02:10 22.02.2025
Gündəm
465
Trampın Putinə “yaxşı oğlan”, Zelenskiyə diktator deməsi Avropanı silkələdi
“Nəhayət, avropalılar başa düşməyə başladılar ki, kritik anlarda odda yanan onlar ola bilərlər”
Dünya liderləri Ukrayna ətrafında vahid cəbhə quracaq. ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında kəskinləşən münasibətlər fonunda Avropa İttifaqı ölkələrinin rəhbərləri Kiyevə səfər edəcək. Belə ki, müharibənin üçüncü ildönümündə İspaniyanın Baş naziri Pedro Sançes, Avropa Parlamentinin sədri Roberta Metsola, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bazar ertəsi yola düşəcəklər. Bu sıraya Litva, Latviya, Malta və Kanada liderləri də qoşula bilər. Onlar ya şəxsən, ya da virtual olaraq iştirak edəcəklər. Qeyd edək ki, D.Tramp Zelenskini “diktator” adlandırandan sonra bir sıra Avropa liderləri onun müdafiəsinə qalxdılar.
Politoloq Məhəmməd Əsədullazadənin “Sherg.az”a açıqlamasına görə, baş verən proseslərlə əlaqədar Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp daxili siyasi təzyiqlərlə üzləşəcək. Politoloq hesab edir ki, Ukrayna məsələsində güzəştlər Vaşinqtonun beynəlxalq imicinə mənfi zərbə vuracaq:
“Avropa ilə siyasi münasibətlər sistemində tektotik dəyişikliklər baş verməsi Vaşinqtonun xarici siyasətini iflasa uğradır. Nəticədə Avropa öz ordusunu qurduqdan sonra, ABŞ-yə ehtiyacı olmayacaq. D.Tramp Rusiya ilə Çini ayıracağını düşünür. Amma Çin-Avropa yaxınlaşmasına gətirib çıxaracaq. Yeni dünya siyasi nizamında Avropa hərbiləşəcək. Öz təhlükəsizliyini özü təmin edəcək. Bu da NATO fiaskosu deməkdir. Avropa İttifaqı öz təhlükəsizliyində Türkiyə ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək. Artıq Avropa dövlətləri və Türkiyə Ukraynanı müdafiə edəcək. Avropa ölkələri, Türkiyə və Çin Ukraynanı müdafiə edəcəksə, ABŞ-Rusiya sövdələşməsi baş tutmaya bilər. Amma ABŞ V.Zelenskini aradan götürə bilər. Artıq V.Zelenskiyə şoumen deyilirsə, Kremlin sevimli kəlməsi olan "nasist" epiteti yapışdırıla bilər”.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi isə “Sherg.az”a açıqlamasında qeyd edib ki, Donald Trampın bir-birinə zidd və əlaqəsiz bəyanatları dünyada bir qədər ajioataj yaratsa da, bu tərzin mənfi elementləri ilə yanaşı müsbət effekti də olacaq:
“Bir müddət əvvəl Tramp Putinə qarşı kəskin ifadə işlədərək onu Liviya lideri Qəddafi sayağı zorlanacağı ilə hədələmişdi. Bu bəyanatın üstündən çox az müddət keçmiş Tramp dediklərinin əksinə olaraq bütün dünyanın qaniçən tiran, antidemokratik seçkilərlə hakimiyyətdə qalan diktator kimi tanıdığı Putini qəflətən “yaxşı oğlan”, 3 ildir bütün qərbin və demokratiyanın məğlub olmaması üçün gecəsini gündüzünə qatan Zelenskini isə diktator adlandırması həm gülünc, həm də həyasız iddiadır. Amma bütün bu baş verənlər uzun illərdir ABŞ-nin çətiri altında xumarlanan Avropanı yuxudan ayıltdı. Nəhayət, avropalılar başa düşməyə başladılar ki, kritik anlarda odda yanan onlar ola bilərlər. Bu səbəbdən təcili toplandılar. Bu dalğada Türkiyənin rolu xüsusi olacaq, çünki Avropada ən qüdrətli döyüşkən orduya sahibdir. Zelenskinin təcili olaraq Ərdoğanın yanına getməsindən sonra Ukraynanın Türkiyə çətiri altında daha qarantiyalı ola biləcəyi rəyi formalaşdı. Hesab edirəm ki, bundan sonra Avropa Türkiyə ilə münasibətlərə daha çox diqqət yetirməlidir və Türkiyənin Avropa İttifaqına üzvlüyünü sürətləndirməlidir. İndiki şəraitdə Avropa İttifaqının Türkiyəyə daha çox ehtiyacı var”.
V.Əfəndinin fikrincə, Trampın bu davranışları isə Avropa ilə münasibətlərin kəskinləşəcəyinə dəlalət etməyəcək:
“Dəvədən böyük fil, Trampdan böyük Konqres var. Avropa ilə ABŞ-nin çoxillik münasibətlərini çılğın prezidentlər kökündən pisləşdirə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region