Azad Şuşada ilk çay - FOTOLAR


"1992-ci ildə mən Şuşadan çıxanda şəhər mühasirəyə alınmışdı. Çox çətin yollarla çıxmalı oldum".

Trend-in məlumatına görə, bunu dünyaca məşhur fotojurnalist Reza Deqati deyib.


Fotoqraf bildirib ki, Şuşadan çıxmazdan əvvəl onu müşayət edən döyüşçülərlə sonuncu çay içmək istəyib:

"Nəhayət Şuşa azad olunduqdan sonra 28 dekbarda yenidən bura qayıtdım. Azad Şuşada ilk çayımı da şəhərin ən hündür yerində əsgərlərlə içdim".