“Azərbaycan cəmiyyəti öz mənbələrimizə inanır”
Fidan Həmişəyeva
12:38 01.10.2020
Gündəm
1050
Bir neçə gündür, cəbhə xəttində gərginliyin şiddətlənməsi informasiya təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə yayılan informasiyalar heç də həmişə həqiqəti əks etdirmir. Bəzən bu platformalar dezinformasiyaların yayılması, həqiqətin qəflət pərdəsi ilə örtülməsi üçün əsas vasitəyə çevrilir. Mübarizənin təkcə cəbhədə yox, informasiya məkanında da getdiyi bir vaxtda dezinformasiyalar, “fake” profillərlə yayılan yalan xəbərlər ictimai fikri çaşdırmağa yönəlir.
Belə həssas, əhəmiyyətli və həlledici bir dönəmdə vətəndaşlarımızın üzərinə düşənlərdən biri yanlış informasiyalara aldanmamaqdır. Məlumdur ki, düşmən dezinformasiyalar yaymaqla cəmiyyətimizdə ruh düşkünlüyü yaratmaq, eyni zamanda hərbi sirləri əldə etməyə çalışır. Bu baxımdan yalnız rəsmi dövlət qurumlarımızın açıqlamalarına inanmaq lazımdır.
Düşmənin dezinformasiyaları ilə bağlı “Sherg.az”a danışan “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, hazırda düşmənin yaydığı yanlış informasiyaların beynəlxalq ictimaiyyətə yayılması təhlükəlidir. Birlik sədrinin sözlərinə görə, bu dezinformasiyalar cəmiyyətimizdə o qədər də təhlükəli deyil:
“Çünki sosial şəbəkələrə giriş məhdudlaşdırıldığı üçün yoxlanılmamış, qeyri-professional məlumatların əhaliyə çatdırılması çətinləşib. Azərbaycan cəmiyyəti elə bir vəziyyətdə deyil ki, ermənilərin dediyi yalan məlumatlara inansın. Lakin ermənilərin yanlış informasiyalarının fəsadlarını beynəlxalq aləmdə yaşaya bilərik.
Son günlər xüsusilə xaricdən gətirilən terroristlər, Türkiyənin əməliyyatlarda iştirakı ilə bağlı yanlış məlumatlar verilir.
Fikrimcə, sosial şəbəkələrlə bərabər internet və saytlara çıxışın məhdudlaşdırılması ziyanlı idi.
Çünki jurnalistlərin nəzarətdə saxlanması çətinləşirdi. Bu sahədə mübarizə xüsusi qurumların vəzifəsidir. Çünki dezinformasiya çox ciddi məsələdir. Bilmirəm rəsmi orqanlar bu məsələyə nə dərəcədə diqqət yetirir.
Amma gördüyümüz ondan ibarətdir ki, beynəlxalq səviyyədə ermənipərəst informasiya vasitələri bu gün daha fəaldırlar”.
A.Əliyev vurğulayıb ki, hətta xarici media və sosial şəbəkələrə qoyulan şəkillərin 90 faizi Ermənistan tərəfindən çəkilən şəkillərdir:
“Azərbaycan haqqında olan materiallar da düşmən tərəfindən yayılır. Bu da ondan irəli gəlir ki, ölkəmizə aid materialları xaricə ünvanlayan jurnalistlər var. Onlara bu imkanlar yaradılmamalıdır.
Yalan informasiyaların yayılmasının qarşısını almaq üçün rəsmi orqanlar lazımi həddə məşğul olacaqlar. Azərbaycan cəmiyyəti istənilən halda öz mənbələrinə inanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət