Azərbaycan-Pakistan əlaqələrinin inkişafı hər iki dövlətin xeyrinədir - ŞƏRH
Yusif Nəzərli
19:08 23.02.2025
Gündəm
516
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Pakistan keçmiş Qarabağ münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini daim açıq şəkildə dəstəkləyib. İslamabad hökuməti Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə edib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb və onunla iqtisadi-ticari əməkdaşlıqdan imtina edib. Bu qərar Azərbaycana verilən sarsılmaz dəstəyin bariz nümunəsidir.
Xüsusilə 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərdi. Müharibə dövründə Pakistan rəsmiləri Azərbaycanın haqq işini açıq şəkildə müdafiə edərək, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pislədilər. Həmçinin Pakistan parlamenti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən rəsmi bəyanatlar qəbul edib.
Bununla yanaşı, Pakistanın siyasi rəhbərliyi müharibədən sonra da Azərbaycana dəstəyini davam etdirib, azad olunmuş ərazilərin yenidən qurulması prosesinə töhfə vermək niyyətini ifadə edib. Bu, təkcə iki dövlət arasındakı dostluğun deyil, həm də iqtisadi və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının göstəricisidir.
Azərbaycan-Pakistan münasibətləri, sadəcə, iki dövlət arasında strateji tərəfdaşlıqla məhdudlaşmır, bu, eyni zamanda, qardaşlıq və qarşılıqlı etimada əsaslanan bir dostluq modelidir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının açılması gözlənilir.
Müstəqilliyimizin ilk illərindən Pakistan və Azərbaycan münasibətlərinin çox yaxın olduğunu deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az" vurğulayıb ki, Pakistan Ermənistanın müstəqilliyini tanımayan və işğal dövründə bizə dəstək olan azsaylı ölkələrdən biridir:
"Bu müddət ərzində Pakistanda müxtəlif iqtidarlar olub. Yəni fərqli şəxslər dövləti idarə edirdi. Ancaq biz görürük ki, kimin hakimiyyətdə olmağından asılı olmayaraq, dövlət münasibətləri eyni səviyyədə qalıb, hətta daha da inkişaf edib. Bu gün də iki ölkə arasındakı münasibətlər inkişaf edən xətt üzrə irəliləyir. İmran Xanın dövründə də bu tendesiya davam edirdi, Şahbaz Şərifin hakimiyyətində də eyni istiqamətdə olacaq".
Ekspert əlavə edib ki, Pakistan və Azərbaycan demokratik dəyərlərə sahib olan ölkələrdir:
"Baxmayaraq ki, Pakistan İslam respublikasıdır, amma ordakı dövlət ənənələri şəxslərə bağlı siyasət üzərindən davam etmir. Yəni ortada dövlət maraqları var və bu şəxslərin maraqlarından öndə tutulur. Ona görə də iki ölkə arasındakı münasibətlər hər zaman qarşılıqlı maraqlar çərçivəsində davam edib, indi də bu şəkildə irəliləyir. Şərifin indiki vəziyyətdə Azərbaycan səfəri, əlaqələrin inkişafını sürətləndirmək və enerji məsələlərində münasibətləri gücləndirmək məqsədi daşıyır. Həmçinin mesaj verildi ki, Azərbaycan və Pakistan hərbi sahədə də daha yaxın fazaya keçməyi qərarlaşdırıb. Ümumiyyətlə rəsmi Bakı özünün də içində olduğu regional təhdidlər qarşısında, Pakistan kimi hərbi sənayesi inkişaf etmiş dövlətin təcrübəsindən öz xeyrinə istifadə edə bilər. Ona görə də düşünürəm ki, əlaqələrin inkişafı hər iki dövlətin xeyrinədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birlikdə idman edən cütlüklər daha xoşbəxtdirlər - Araşdırma
07:17 19.08.2026
Sağlamlıq
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol