
Azərbaycan-Suriya əlaqələri yeni mərhələyə qədəm qoyur - ŞƏRH
Yusif Nəzərli
09:55 12.07.2025
Gündəm
414
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa bu gün Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan və Suriya arasında diplomatik əlaqələr 1992-ci il martın 28-də qurulsa da, diplomatik münasibətlər, iqtisadi və mədəni əlaqələr bu ölkədəki münaqişə səbəbindən effektiv və genişmiqyaslı şəkildə həyata keçirilmirdi və məhdud çərçivədə qalırdı:
"Suriyada 61 illik Baas rejiminin süqutundan sonra isə iki ölkə arasında münasibətlərin normallaşması və inkişafı prosesinə zəmin yarandı. Belə ki, İslam həmrəyliyi prinsipinə, humanist və ümumbəşəri dəyərlərə sadiqlik nümayiş etdirən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı bölgələrin əhalisinə daim yardım göstərilməsi ənənəsi Suriyadakı böhran zamanı da davam etdirildi. Prezident İlham Əliyevin tapşırığa əsasən, donor ölkə kimi tanınan Azərbaycanın xarici siyasətindəki prioritetlərindən biri də sülhə, sabitliyə töhfə vermək, az inkişaf etmiş ölkələrə, böhrandan əziyyət çəkən insanlara dəstək göstərməkdən ibarətdir. Bu məqsədlə də Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə 2024-cü və 2025-ci illərdə ölkəmiz tərəfindən Suriyaya humanitar yardım karvanı yola salındı. Həmçinin dağıntılara məruz qalmış ərazilərində Azərbaycan humanitar yardımın paylanması aksiyasında iştirak etdi".
Analitik xatırladıb ki, Suriyadakı vətəndaş müharibəsi zamanı bu ölkənin Azərbaycanla diplomatik münasibətləri pozulmuş, səfirliyimizin fəaliyyəti dayanmışdı:
"Suriyada rejim dəyişikliyindən sonra münasibətlərin normallaşmasının davamı kimi, 2025-ci il fevralın 17-də Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa etdi. Dünya nizamının yenidən qurulması və güc balansının müxtəlif regionlarda dəyişməsi özlüyündə müəyyən risklər yaratması etibarlı dostluq və əməkdaşlıq əlaqələrinin zərurətini ortaya qoydu. Azərbaycan hər zaman Suriyaya münasibətdə beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşma siyasətini yürüdərək, bu ölkədə
davamlı sülhün və sabitliyin bərqərar olmasının tərəfdarı olub. Hazırda da Azərbaycanın və Suriyanın keçid hökumətinin əməkdaşlığı ikitərəfli əlaqələrin inkişafına və daha da irəli aparılmasına töhfə verən amillərdəndir. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar və qlobal miqyasda artan nüfuzu ölkəmizlə əməkdaşlığa təşəbbüs göstərən tərəflərin sayını artırıb.
Hazırda da Suriyanın keçid dövrünün Prezidentinin Azərbaycana səfəri əlaqələrimizin yeni mərhələyə qədəm qoymasını və inkişaf yolunda olduğunu göstərir. Bu da siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
İrəvanda Türkiyə bayrağı yandırılıb - Paşinyandan reaksiya
22:59 23.04.2026
Cənubi Qafqaz
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm