“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı III cildlik kitabın təqdimatı keçirildi -FOTO
Yusif Nəzərli
17:22 05.11.2025
Gündəm
107
Bu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı III cildliyinin (əlavələrlə təkrar nəşrinin) təqdimat mərasimi keçirilib.
"Sherg.az"ın xəbərinə görə, tədbiri giriş sözü ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq III cildiyinin əlavələrlə təkrar nəşrinin nəşr edilməsi ilə bağlı müəllifi təbrik edərək ona yaradıcılığında uğurlar arzulayıb.
O bildirib ki, bu uğur həm də eyni zamanda Fəlsəfə və Sosiologiya İnstitutunun uğurudur. İ Məmmədzadə qeyd edib ki, üç cildlik olduqca böyük zəhmət hesabına başa gəlib, bu kitablarda maraqlı və yeni məqamlar çoxdur, burada müəllifin dəsti-xəttinin özünəməxsus olması xüsusi olaraq seçilir və müəllif bu kitablarında zəngin mənbələrdən istifadə etməklə tarixən cavabı verilməyən bir çox suallara aydınlq gətirib.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli öz çıxışında müəllifin əsərlərində Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə və s. bütöv yanaşma olduğunu, bu mənada kitabların olduqca əhəmiyyət kəsb etdiyini, bu əsərin institutda meydana çıxmasının vacib amil olduğunu qeyd edib. Müəllif 3-cü cilddən ibarət olan kitabda çox məharətlə tədqiqi etdiyi mövzular arasında məntiqi ardıcıllıq yarada bilmişdir. Araşdırmaçı alimin gərgin zəhmətinin bəhrəsi olan bu 3 cildlikdə filosof Azərbayan Türk fəlsəfi və ictimai fikir tarixini sistemli şəkildə təhlil etmiş, uğurlu tədqiqat aparmışdır. Burada həm dövrün ictimai-siyasi, mədəni-fəlsəfi mənzərəsini hərtərəfli şəkildə araşdırmış, eyni zamanda bütün bunların fonunda mütəfəkkirlərimizin irsini oxuculara təqdim etmişdir.
Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib ki, Faiq Ələkbərlinin 3 cildliyi milli birliyimizi, bütövlüyümüzü ifadə etmək Türk ruhunu yenidən canlandırmaq baxımından çox önəmlidir. Çünki dövlət başçımız, prezidentimiz İlham Əliyev də çıxışlarında yeni milli ideyanın vacibliyindən, Türk ailəsindən bəhs edir. Ona görə də, bu institutda bu kimi əsrlərin nəşri prezidentimizin irəli sürdüyü məqsədlərə, ideyalara da uyğundur. Məruzəçilərdən tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə, fəlsəfə elmləri doktoru, prof. Rafail Əhmədli, f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.ü.f.d, dosent Şölət Zeynalov, tarix üzrə elmlər doktoru, dosent Vaqif Abışov, ADNSU THİK Kitab Klubunun sədr müavini Azər Bədəlov, f.ü.f.d., dosent Aygün Xəlilqızı, f.ü.f.d., dosent Zeynəddin Şabanov, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərov, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova və digər iştirakçılar müəllifi təbrik edərək, kitab haqqında fikir və mülahizələrini bölüşüblər. Sonda Müəllif – Faiq Ələkbərli təqdimata gələn hər bir kəsə minnətdarlığını bildirib. O deyib ki, bu 3 cildliyi ərsəyə gətirməkdə əsas məqsədi Azərbaycan xalqının mədəni-fəlsəfi, tarixi bütölüyünü, Türk xalqlarının həmrəyliyini ifadə etmək olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi