Azərbaycan və Latviya arasında səhiyyə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Latviya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Sherg.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, 2025-ci il dekabrın 4-də Riqa şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Latviya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının icrası Azərbaycan Səhiyyə Nazirliyinə həvalə olunub. Xarici İşlər Nazirliyi isə sənədin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların tamamlandığı barədə Latviya hökumətinə bildiriş göndərəcək.

Fərman imzalandığı gündən qüvvəyə minib.