Azərbaycan və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dəki mənbələr bildirib.

Telefon danışığı zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.