Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sudanı bu ölkənin Milli Günü münasibətilə təbrik edib.
Sherg.az xəbər verir ki, müvafiq paylaşım XİN-in "X" sosial media hesabında yerləşdirilib.
"Sudan xalqını və hökumətini Milli Gün münasibətilə səmimi qəlbdən təbrik edirik. Milli Gününüz mübarək, Sudan!" - paylaşımda bildirilib.
Azərbaycan XİN Kubanın da Milli Günü münasibətilə paylaşım edib.
"Kubanın xalqını və hökumətini Milli Gün münasibətilə ürəkdən təbrik edirik. Milli Gününüz mübarək, Kuba!" - paylaşımda vurğulanıb.