Azərbaycana qarşı haqsız addım atanlar məsuliyyətdən yayına bilməyəcəklər- ŞƏRH
Yusif Nəzərli
12:46 12.01.2025
Gündəm
502
Azərbaycan XX əsrin əvvəllərindən etibarən müxtəlif dövrlərdə Ermənistanın və onların dəstəklədiyi separatçı qüvvələrin sistematik hücumlarına, o cümlədən deportasiya və soyqırımlarına məruz qalıb. Ermənistandan, - əslində, dədə-baba yurdlarından, tarixi Qərbi Azərbaycan torpaqlarından, - azərbaycanlılara qarşı başlayan sonuncu deportasiya prosesi 1987-ci ilin sonlarından 1991-ci ilə qədər davam edib bə həmin ilin sentyabr-oktyabr aylarından aktiv silahlı mübarizə fazasına keçib.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq Kazım Kazımov söyləyib.
O xatırladıb ki, həmin dönəmdə erməni yaraqlı dəstələri, cinayətkar birləşmələr silahsız azərbaycanlılara - dinc əhaliyə qarşı müxtəlif bölgələrdə misli görünməmiş qırğınlar törədiblər.
"Müharibə ərzində minlərlə vətəndaşımız həlak olub, soyqırımına məruz qalıb, torpaqlarımızın 20 faizi işğal edilib, bir milyondan artıq vətəndaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşüb, öz evlərini tərk etmək məcburiyyətində qalıb və illərlə bu ağrılarla, həsrətlə, çətinliklə yaşayıb. Biz 1994-2020-ci illərdən hər nə qədər "atəşkəs dövrü" olaraq bəhs etsək də bu dövrdə də düşmənin bizə qarşı təcavüzü səngiməyib. Bu dövrdə də demək olar, hər gün mövqelərimiz atəşə tutulub, neçə-neçə mülkü vətəndaşımız, hərbiçimiz düşmən gülləsi ilə şəhid olub”, - deyə K.Kazımov əlavə edib.
Qırx dörd günlük Vətən müharibəsinin isə bu prosesin əsaslı dönüş nöqtəsi olduğunu deyən politoloq bildirib: “Bu tarixi Qələbəmizlə biz torpaqlarımızı işğaldan azad etdik, düşmənə heç vaxt unuda bilməyəcəyi zərbə enirdik. Lakin bu müharibə dövründə də düşmənlərimiz öz tarixi xislətlərindən əl çəkmədilər, bizə qarşı dəhşətli təxribatlara əl atdılar: Gəncə, Mingəçevir şəhərləri dəfələrlə bombalandı, Bərdə, Tərtər şəhərləri müxtəlif çaplı mərmilərlə atəşə tutuldu, hava hücumuna məruz qaldı və onlarla vətəndaşımız həyatını itirdi. Biz çox yaxşı xatırlayırıq ki, indi məhkəməsi keçiriləcək şəxslər o dövrdə necə qorxunc, beynəlxalq hüququ heçə sayan, insanlığa yaraşmayan, humanizmə zidd açıqlamalar verirdilər. Ancaq düşmənin etdiyi onlara qələbə gətirmədi, istədiklərinə çata bilmədilər. Zəfər bizim oldu. Çünki iqtisadi, siyasi, diplomatik və hərbi cəhətdən də güclü olan Azərbaycan idi. Ən önəmlisi isə haqlı tərəf də Azərbaycan idi. Şübhəsiz, tarixi Qələbə əldə edən qüdrətli Azərbaycan dövləti bizə qarşı törədilən faciələrdə əli olduğunu düşündüyümüz təqsirləndirilən şəxsləri saxlayaraq ali hüquqa təslim edib.
“Əminəm, Azərbaycan məhkəməsi ədalətli qərar verəcək və bir daha bütün dünyaya göstərəcək ki, bizə qarşı haqsız addım atanlar heç vaxt məsuliyyətdən yayına bilməyəcəklər”, - deyə K.Kazımov vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi