Azərbaycandan Ermənistana 48 vaqon neft yola salındı

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçirilir.

Teleqraf xəbər verir ki, ümumilikdə 2698 ton olmaqla 48 vaqon yük Biləcəri stansiyasından Ermənistana yola salınıb.

Tədarük partiyasına 1742 ton Aİ-95 benzin və 956 ton dizel yanacağı daxildir.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb və 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib.

Bununla bağlı razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.