«Azərbaycanın koronavirusla mübarizədə prioritetləri düzgün müəyyən etdi»
Şəymən Bayramova
06:23 24.04.2020
Gündəm
784
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.
Azərbaycanın koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən etdiyini vurğulayan millət vəkili Bəhruz Məhərrəmov hesab edir ki, dövlətimiz müasir insan indeksi şərtləri çərçivəsində yanaşma nümayiş etdirməklə koronavirusla mübarizəyə 1:0 öndə başlayıb:
“Ölkə başçısının özünün də dediyi kimi, "əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı".
Dövlət sağlamlığın qorunması istiqamətində mərhələlərlə sərtləşən tədbirlər görməklə almaqla kifayətlənmədi. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilməkdədir, habelə dövlət tərəfindən 2020-ci il ərzində proqnozdan iki dəfə artıq, 90 min ödənişli ictimai iş yeri yaradılması qərara alınıb. Həmçinin ilkin mərhələdə 200 min sosial müdafiəyə ehtiyacı olan insana dövlətdən 190 manat yardım verilməsi qərara alınsa da, növbəti mərhələdə dövlət başçısının qərarı ilə bu kateqoriyaya aid olan insanların sayı 600 minə çatdırılıb. Artıq gündəlik 20 min civarında insan qeyd edilən yardımı almaqdadır. Məhz bu keyfiyyət amilinə görə sosial və iqtisadi paket ilk dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilsə də, bu gün 3,5 milyard manatı ötəcəyi proqnozlaşdırılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi