
Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq -ŞƏRH
11:07 12.08.2025
Gündəm
509
"Əgər Rusiya enerji təhlükəsizliyimizə təhdit yaratmağa, həmvətənlərimizə qarşı təziqləri davam etdirməyə, eyni zamanda diqtə dilində danışmağa davam edərsə, Azərbaycan başqa addımlar da ata bilər"
Rusiya-Ukrayna müharibəsi bütövlükdə Avrasiya regionunda geosiyasi nizamı köklü şəkildə dəyişdirib. Bu prosesdə Cənubi Qafqaz ölkələrinin, xüsusilə Azərbaycanın mövqeyini həm regional, həm də qlobal aktorlar diqqətlə izləyirlər. Azərbaycan müharibənin ilk günündən etibarən Ukraynanın ərazi bütövlüyünə siyasi dəstək göstərməyə, eyni zamanda Rusiya ilə münasibətlərdə balanslı siyasət yürütməyə çalışıb.
Lakin son dövrlər bu balanslı yanaşmaya Moskvanın adekvat qarşılıq verməməsi regionda yeni reallıqlar fonunda Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi ilə nəticələnib. Belə bir şəraitdə Azərbaycanın həm humanitar, həm də potensial hərbi dəstək məsələsində atacağı addımlar mühüm əhəmiyyət kəsb edir.

Siyasi şərhçi Kənan Novruzov Sherg.az-a Azərbaycanın Ukraynaya hərbi yardımı ilə bağlı məsələdən, eyni zamanda ABŞ-nin bu mövzudakı maraqlarından danışıb:
"Azərbaycan Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər bu ölkənin ərazi bütövlüyünü dəstəkləyib. Rəsmi Bakı Rusiya ilə Ukrayna arasındakı münaqişəyə Türkiyə kimi mümkün qədər balanslı davranmağa çalışıb. Azərbaycan və Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayan nadir dövlətlərdəndir. Son vaxtlar isə Moskvanın bunu qiymətləndirmədiyini görürük. Rusiya Azərbaycana qarşı düşmənçilik mövqeyinə keçib. Bunun səbəbləri rəsmi Moskvanın Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etməməsi, rəsmi Bakının güclənməsi, eyni zamanda Rusiyanın hələ də imperialist ambisiyalarında qalmasıdır. Azərbaycanın Ukraynaya humanitar yardım göndərməyi o qədər də təəccüblü olmamalıdır. Biz özümüz uzun müddət separatizimdən əziyyət çəkmişik, torpaqlarımız işğal altında olub. Belə bir vaxta Ukraynanı ən yaxşı başa düşən dövlətlərdən biri Azərbaycandır. Prezident İlham Əliyev də Şuşa Qlobal Formunda ukraynalılara məsləhət gördü ki, işğalla barışmasınlar. Bu cümlə böyük siyasi ismarıcdır".
Siyasi şərhçi Azərbaycanın Ukraynaya humanitar dəstəyinin davamlı olacağını bildirib:
"Əgər Rusiya enerji təhlükəsizliyimizə təhdit yaratmağa, həmvətənlərimizə qarşı təziqləri davam etdirməyə, eyni zamanda diqtə dilində danışmağa davam edərsə, Azərbaycan başqa addımlar da ata bilər. Rəsmi Bakı görsə ki, Rusiya Azərbaycanın balanslı siyasətini hələ də başa düşmür və buna qarşılıq olaraq ona yuxarıdan aşağı baxır, lazım gələrsə hərbi dəstək göstərilməsi məsələsi də gündəmə gələ bilər. Bu məsələdə ABŞ-nin Azərbaycana hərbi dəstəyi qadağa edən 907-ci düzəlişi ləğv etməyi Bakının əlini gücləndirir. Burada ABŞ-nin öz maraqlarının olması da istisna edilmir. Rəsmi Vaşinqton Azərbaycanın əli ilə Ukraynaya hərbi dəstək göndərməyə çalışa bilər".
Müsahibimiz bu məsələdə rəsmi Bakının soyuqqanlı davranmalı olduğunu vurğulayıb:
"Bütün hallarda Azərbaycan Rusiya-Ukrayna müharibəsi ədalətli şəkildə bitənə qədər Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəcək və ən azı humanitar dəstəyini ondan əsirgəməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya