Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır
Yusif Nəzərli
16:57 30.01.2025
Gündəm
305
Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.
Sherg.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
"Bu layihələr həm sərnişin axınının rahatlığını təmin edəcək, həm də şəhərin davamlı mobillik strategiyasına töhfə verəcəkdir", - proqramda qeyd olunub.
Bildirilir ki, xarici təchizatçı ilə 65 vaqonun tədarükü üzrə müqavilə imzalanıb, 2024-cü ildə 35 vaqon ölkəyə gətirilərək sərnişinlərin istifadəsinə verilib. Artan sərnişin tələbi nəzərə alınaraq, bu ildən etibarən 2030-cu ilədək 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır.
2025-2030-cü illər ərzində İstismar müddətini başa vurmuş (hərəkət tərkiblərinin) vaqonların yenilənməsi və 299 ədəd yeni vaqonun alınması planlaşdırılır.
“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi