Bakı və İrəvan Almaniyada sülh masasında: Səfirlər müzakirə apardı

Yanvarın 27-də Bundestaqın Xarici İşlər Komitəsinin sədri Armin Laşetin dəvəti ilə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və Ermənistan səfiri Viktor Yengibaryan “Cənubi Qafqazda Dönüş Zamanları: Azərbaycan və Ermənistan arasında tarixi sülh, Almaniyanın rolu və Avropanın yeni Şərq Əlaqəsi” mövzusunda müzakirədə iştirak ediblər.

Teleqraf xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Ermənistan səfiri Viktor Yengibaryan çıxışında Almaniya hökumətinə və şəxsən əvvəllər Bundestaqın Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun sədri olmuş Federal Xarici İşlər Naziri Yohann Vadepula əvvəlki dövrdə göstərilən konstruktiv iş və dəstəyə görə təşəkkürünü bildirib.

Tədbirdə onlarla mütəxəssis, parlament üzvü və media nümayəndələri iştirak edib. Tədbir Münhen Maksimilian Universiteti və Axen Universitetinin Beynəlxalq Əməkdaşlıq, Texnoloji Diplomatiya və Kommunikasiya İnstitutu tərəfindən təşkil olunub.