Bakıya "cin", "şeytan" gəlib - FOTOLAR
Məlahət Rzayeva
07:10 08.10.2019
Gündəm
2416
Metro vaqonlarında alnına yaylıq bağlayıb, əlində kitablar “maraqlı hekayələr, şeirlər müəllifiyəm” deyərək gəzən adamı vaxtilə çoxumuz görərdik. O, yazıçı, şair Bəşir Kəsərli idi. Sərnişinlərdən maraqla baxanlar da olurdu, “bu niyə səsini başına “atıb” deyə narazılıq edənlər də. Belə qəribə adamlar olur cəmiyyətdə. Bir neçə gün öncə metronun “İçərişəhər” stansiyasının qarşısında qəribə geyimi ilə hamıdan seçilən birisi dayanmışdı. “Kovboy”lara da oxşayırdı, hindulara da. Yenə də marağı üstün gəlib təpədən-dırnağa süzənlərlə yanaşı, etinasız ötüb keçənlər də vardı.
Bu günlərdə isə alman turist sosial şəbəkə istifadəçilərinin “fenomen”inə çevrilib.
Bədənindəki pirsinqlərin sayına görə 2010-cu ildə Ginnesin Rekordlar Kitabına düşən almaniyalı İT mütəxəssisi Rolf Buccholz Bakıya qonaq gəlib.
Sputnik.az saytında onunla müsahibə yerləşdirilib və bildirilir ki, almaniyalı turist neçə gündür paytaxtımızın qonağıdır: “Gözünün ağını qara laynerlə boyayan, başında isə iki implant buynuzu olan Rolf görənləri görünüşü ilə heyrətləndirir. Kimisi ona baxıb lağ edir, kimisi bu görünüşdən zövq alaraq onunla selfi çəkdirir, kimi də də onu "cin", "şeytan" adlandıraraq lənətləyir. Bir sözlə, Rolf bu qeyri-adi görünüşü ilə son günlər azərbaycanlı sosial şəbəkə istifadəçiləri arasında trendə çevrilib”.
Rolf Buccholz pirsinqləri diqqət cəlb etmək üçün deyil, sadəcə, belə bir görünüşdən xoşu gəldiyi üçün etdiyini deyib. 60 yaşı var, artıq 20 ildən çoxdur ki, pirsinqlərlə gəzir. Təkcə üzündəki pirsinqlərin sayı 100-ə yaxındır. Onlarla yatmaq, yemək onun üçün asandır. Bu pirsinqlər əsasən detektordan keçən zaman problem yaradır. Bəzən aeroportlarda buna görə onu saxlayır, ləngidirlər. Dubayda xoşagəlməz halla qarşılaşıb. Üzərindəki metallara görə hava limanında yoxlanışdan keçəndə dedektor siqnal verib. Dubay alman turisti “qara magiya” təbliğ etmək bəhanəsilə qəbul etməyib. Almaniyalı qeyri-adi görünüşə görə turistləri qəbul edə bilməyən ölkələrə, şəhərlərə ikinci dəfə üz tutmadığını deyib.
Bakıda rahat, həm də ətrafdakıların böyük diqqətini çəkər bir şəkildə dolaşması Azərbaycana gəlməkdə heç bir sıxıntı yaşamadığını göstərir. İnsanlar nədən, nə məqsədlə bu cür qeyri-adiliklərə, cəmiyyəti şaşırdacaq hərəkətlərə əl atırlar?
Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, bu cür insanların başlıca məqsədi cəmiyyətin diqqətini cəlb etməkdir:
- Hərçənd onları dindirəndə, “yox, bunu diqqət cəlb etmək üçün etmirik, bu mənim yaşam tərzimdir, belə mənə xoşdur, cəmiyyətin fikri önəmli deyil” və sair bu kimi sözlər eşidirik. Əslində isə onlar riyakardır. Və bütün çabaları da məhz insanların diqqətini cəlb etmək üçündür. Bu adamlar bilir ki, küçəyə qeyri-adi görünüşdə çıxarlarsa, insanlar istər-istəməz onlara diqqət edəcək, ardınca boylanıb baxacaqlar. İnsan gözəlliklərə məftun olduğu kimi, qeyri-adiliklərə, hətta bərbad görüntülərə də baxmaqda maraqlıdır. Bu da insanın xislətidir. Diqqət cəlb etmək istəməyən adam sakit, əksəriyyətin qəbul etdiyi biçimdə geyinir və davranır.
Yayın istisində əyninə gödəkçə geyinən adamla, qışın şaxtasında qolu qısa köynək geyinən adam nəysə, üzünü pirsinqlərlə bəzəyən, bədənini tatudan görünməz edən adam da odur. Yəni bu tip insanlar başqalarından seçilmək, fərqlənmək istəyənlərdir. Və onlar psixoloji problemləri olan insanlardır. Bunu guya azadlığın, sərbəstliyin nümunəsi sayırlar, əslində isə azadlığın mahiyyətini bilmir, bu cür qeyri-adiliklərlə özlərini cəmiyyətdə təsdiq etməyə çalışırlar. Pirsinqli alman turistlə aşırı makiyaj edən və bədən quruluşuna uyğun geyinməyən Azərbaycan qadını mənim nəzərimdə eynidir. Belələri “başqalarının fikri məni maraqlandırmır” deyirlər, amma bütün hərəkətləri cəmiyyətin reaksiyasını öyrənməyə hesablanıb. Doğrusu, bu alman turistini “trend” hesab edənləri də anlamıram.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya