“Bayraq bütün azərbaycanlıları birləşdirən simvoldur”
Turan
06:09 09.11.2020
Gündəm
2549
"Bayraq-hər bir millətin milli kimliyinin, dilinin, dininin, mədəniyyətinin, mənəviyyatının, əxlaqının ifadəsidir".
Bu sözləri "Sherg.az"a millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, bayraq -milli, etnik, dini, irqi kimliyindən asılı olmayaraq, ölkədə və xaricdə yaşayan bütün azərbaycanlıları birləşdirən simvoldur:
"Bayraq-siyasi-diplomatik tədbirlərdən tutmuş, döyüş meydanlarında, idman yarışlarında ən yüksəklərdə görmək istədiyimiz dövlət atributudur. Müqəddəsdir. Harada, dünyanın hansı bölgəsində olmağımızdan asılı olmayaraq, üç rəngli bayrağımızı gördükdə, hər birimizin qəlbində doğma, qeyri-adi isti hisslər yaranır. Bu hisslər, ələlxüsus ölkə xaricində bir-birini tanımayan insanları doğmalaşdırır. Nə qədər acı da olsa, Qarabağın işğalı ilə əlaqədar “Bayraq gününü” layiq olduğu kimi qeyd edə bilmirdik. Ərazimizin 20 faizinin erməni tapdağında olması natamamlıq kompleksi yaratmışdı. Çox şükürlər ki, müzəffər Azərbaycan Ordusu tərəfindən tarixi ədalətsizlik bərpa olunur".
Parlament üzvü bəyan edib ki, Ali Baş Komandan İlham Əliyev, Şuşanın azad olunması xəbəri ilə, builki “Bayraq gününü” əsil bayrama çevirməklə, ən böyük hədiyyəni etmiş oldu:
"Builki özəlliklərdən biri də, bayrağımızın Şuşada dalğalandığından sonra milyonlarla insanın əllərində bayraq, Azərbaycanın şəhər və rayonlarında, kəndlərdə, xarici ölkələrdə küçələrə axışmasıdır. İkinci məqam isə, üçrəngli bayrağımızla yanaşı, qardaş Türkiyənin, Pakistanın bayraqlarının dalğalanması da çətin anlarda xalqın göstərdiyi vəfa borcu kimi qiymətləndirilməlidir. Azərbaycan xalqı çətin, taleyüklü vəziyyətlərdə göstərdikləri dəstəyə görə digər ölkələri də daim minnətdarlıq hissi ilə xatırlayacaqdır. Əziz həmvətənlər!!! Bir daha “Bayraq günü” münasibətilə hər birinizi təbrik edir, hər birinizə əmin-amalıq, xoşbəxt həyat arzulayıram.
Müqəddəs Bayrağımız uğrunda həyatlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin.
Bayrağımız hər zaman yüksəklərdə dalğalansın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronaldu Portuqaliya-Özbəkistan matçının ən yaxşı oyunçusu oldu
00:21 24.06.2026
Futbol
Meloni: Trampla mübahisəni qızışdırmaq niyyətim yoxdur
00:00 24.06.2026
Dünya
Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram
23:44 23.06.2026
Dünya
ÜST: "Ebola virusu sürətlə yayılır"
22:59 23.06.2026
Sağlamlıq
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq
22:40 23.06.2026
İnfrastruktur
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
22:26 23.06.2026
Futbol
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya