Serbiyanın paytaxt Belqradda binalardan biri Azərbaycan və Serbiya bayraqları ilə işıqlandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində video paylaşıb.
"Belqrad bu gecə", - Hikmət Hacıyev videonu şərh edib.