Bəzi ştatlar ABŞ-dən ayrılmaq haqda düşünür - ŞƏRH
Yusif Nəzərli
02:39 29.01.2025
Gündəm
493
Trampın hakimiyyətə gəlişi və sensasion açıqlamaları dünyanın diqqətindədir
Kaliforniyada bu ştatın ABŞ-nin tərkibindən çıxması ilə bağlı “Calexit” adlı prosesin başlanılması üçün imza toplanır. Petisiyanın artıq rəsmi qaydada qeydiyyatdan keçdiyi bildirilir. Qəbul olunacağı təqdirdə - “Calexit” artıq 2028-ci ildə səsverməyə qoyula bilər. Beləcə, Kaliforniya sakinləri ABŞ-nin tərkibində qalmaq və ya azad, müstəqil ölkə olmaqla bağlı suala cavab verməli olacaqlar. Referendum təşəbbüsünün başlanılması üçün səsverənlərin 50 faizindən çoxu bunu dəstəkləməlidir. Çoxluq ştatın ABŞ-nin tərkibində çıxmasına səs versə belə, qərarın nəticələrini təhlil edəcək xüsusi komissiya yaradılacaq və rəsmi hesabat hazırlamalı olacaq.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlişi və sensasion açıqlamaları dünyanın diqqətindədir. Lakin proses ABŞ daxilində heç də birmənalı qarşılanmır, hətta təlatümlərə səbəb olub:
""New York Post" nəşri yazır ki, bəzi ştatlar ABŞ-dən ayrılmaq haqda düşünür. Diqqətçəkən detal isə bunu, çoxlarının gözlədiyi kimi, Texasın deyil, Kaliforniyanın istəməsidir. “Kaliforniya təşəbbüsü” qanuni şəkildə imza toplamaq üçün icazə alıb. Kaliforniya hökuməti öz ideyasını “Kaleksit” adlandırıb. Əgər ideya lazımi sayda imza toplayarsa, 2028-ci ildə Kaliforniyanın ABŞ-dən ayrılması ilə bağlı səsvermə keçiriləcək və o zaman Vaşinqtonda hökumətə etimadsızlıq səsverməsi baş tutacaq. ABŞ-də ştatların müstəqil olmaq istəyi yeni deyil. Əvvəllər də bir çox ştat ABŞ-dən ayrılmaq istəyib. Co Baydenin prezidentlik dövründə Texasdan belə bir təklif gəlmişdi. Ümumilikdə isə Kaliforniya, Texas, Havay və Alyaska ştatları ABŞ-dən ayrılmağı düşünür. Texas və Kaliforniya ABŞ-nin həm ən zəngin, həm də dövlətçilik keçmişinə malik ştatlarıdır. Lakin Texasdan fərli olaraq Kaliforniya ABŞ-yə öz istəyi ilə birləşməyib. 14 iyun 1846-cı ildə Meksikadan birtərəfli olaraq müstəqilliyini elan edən Kaliforniya 7 iyulda ABŞ donanmasının Kaliforniya sahillərinə çıxması ilə qısa zamanda süqut edib. Bununla belə, Kaliforniya digər ştatlardan fərqli olaraq bayrağında “respublika” sözü yazılan tək ştatdır. Kaliforniyanın müstəqillik arzusunun yenidən oyanması təəccüblü deyil. Kaliforniya ölkənin ən yüksək ÜDM-i olan ştatıdır. Ştat ÜDM məsələsində Böyük Britaniya ilə demək olar eynidir. Birləşmiş Krallıq Kaliforniya ilə eyni iqtisadi məhsulu istehsal etmək üçün 14.5 milyon işçidən istifadə edib. Bu isə Kaliforniya ilə müqayisədə 75 faiz daha çoxdur".
Analitikə görə, Kaliforniya müstəqillik qazansa, dünyanın 10 ən böyük iqtisadiyyatından biri ola bilər. Yəni iqtisadi baxımdan ABŞ-dən ayrı olması mümkündür:
""Kaleksit" qərarı hələlik sadəcə iddiadır. ABŞ-dən müstəqillik əldə etmək çox çətindir, amma mümkündür. Geosiyasi vəziyyət dəyişərsə, “Kaleksit” qərarı dəstək qazana bilər. Böyük ehtimalla buna ilk dəstəyi Rusiya, Çin kimi ABŞ-nin başlıca rəqibləri verə bilər. Digər tərəfdən, Tramp Kanada, Danimarka və Qrenlandiya məsələsində israrlı olub hərbi yola əl atarsa, Böyük Britaniya Danimarka, Kanada kimi ölkələr də prosesə dəstək verə bilər. Kaliforniya hökumətinin öz ideyasını “Kaleksit” adlandırıb, “Breksit”ə, yəni Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına istinad etməsi də Londondan dəstək istəmək mahiyyəti daşıya bilər. Dediyim kimi, Tramp Kanada məsələsində israrlı olarsa, bu, Londonla Vaşinqtonun arasında problemlərə səbəb olar. Çünki Kanada Böyük Britaniya kral ailəsinin mülkü və dominionudur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya
Pezeşkian: İran çökmədi, əksinə gücləndi
09:58 24.08.2026
Gündəm