“Birinci vitse-prezidentin müraciəti milli birlik və həmrəyliyə çağırış idi”
Şəymən Bayramova
11:12 22.07.2020
Gündəm
1071
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciəti ölkə ictimaiyyəti tərəfindən milli birlik və həmrəylik çağırışı kimi dəyərləndirilib. Qeyd olunub ki, informasiya müharibəsində mövqeyimizin möhkəmlənməsi istiqamətində hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməli, xüsusilə indiki kimi həssas, informasiya məkanında qarşıdurmanın miqyasının genişləndiyi bir dövrdə bəzi qrupların insanlar arasında düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsi yaratmaq istəyənlərə fürsət verməməlidir.
Millət vəkili Tamam Cəfərova da "Sherg.az"a açıqlamasında vətəndaşlarımızın birliyinin, mütəşəkkilliyinin, məsuliyyətinin artması baxımından Birinci vitse- prezident Mehriban Əliyevanın müraciətinin son dərəcə əhəmiyyətli olduğunu deyib:
"Dövlət sərhəddinin Tovuz istiqamətində düşmən təxribatının qarşısını alıb, ermənilərin xeyli sayda canlı qüvvə və hərbi texnikasını məhv edən ordumuzun bu zəfəri 7-dən 70-ə Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdirdi. Deputatın fikrincə, Bakıda və bir çox rayonumuzda Azərbaycan Ordusuna dəstək məqsədilə təşkil olunmuş yürüşlər, minlərlə gəncin Orduya könüllü yazılması, xaricdəki soydaşlarımızın Azərbaycana dəstək aksiyaları qürurverici haldır. Eyni zamanda bu, xalqımızın vətənpərvərliyinin bariz təzahürüdür:
"Bu qürur hissini Mehriban xanım Əliyeva da öz müraciətində çox gözəl ifadə edib. Bu birliyin, yüksək vətənpərvərlik ruhunun ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində irəli sürülən təşəbbüslərin müqəddəs mübarizəmizdə güclü və təsirli vasitə kimi dəyərləndirən Birinci vitse-prezident Mehriban Əliyeva bu günlər ərzində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdar olduğunu bildirib.
Mehriban xanım Əliyevanın müraciətdə toxunduğu ən vacib məqamlardan biri isə informasiya müharibəsinin əhəmiyyəti ilə bağlıdır. Birinci xanımın da qeyd etdiyi kimi uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Bu mənada bir vətəndaş olaraq borcumuz Azərbaycanın haqlı mövqeyini sadəcə döyüş meydanında deyil, sosial platformada da müdafiə etməkdir.
Vətəndaşların sosial şəbəkələrdə nümayiş etdirdiyi dəstək, səbir, həmrəylik, təmkinə görə təşəkkür edən Birinci -vitse prezident bildirib ki, bu məsələdə biz hamımız ayıq- sayıq olmalı, təxribata uymamalıyıq. Xalqa müraciət edən birinci xanım yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən müharibə şəraitində yaşadığımı, qarşı tərəfin informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə biləcəyini unutmamağı tövsiyyə edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol