“Biz məsələmizi həll etmişik !- “Minsk qrupuna ehtiyacımız yoxdur”
Fidan Həmişəyeva
11:46 22.01.2021
Gündəm
666
“İndi ermənilər bu quruma yalvarırlar ki, Dağlıq Qarabağın statusunu gündəmə gətirsinlər”
“Aydın məsələdir ki, Minsk qrupu gəlib-gedəcək, lakin görüşlər bizim üçün əhəmiyyətsiz olacaq”
“İndi bölgədə rol oynayan Rusiya və Türkiyədir. Ona görə də inanmıram ki, ermənilərin bu çağırışlarına müsbət reaksiya verilsin”
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ATƏT – in Minsk qrupu həmsədr ölkələrin səfirlərini qəbul edib. “Sherg.az”ın xəbərinə görə, görüş çərçivəsində Qarabağ müharibəsindən sonrakı vəziyyət müzakirə olunub.
Tərəflər öncə Qarabağda sülhyaratma prosesində Minsk qrupunun yenidən iştirakının zəruriliyini qeyd ediblər. Bundan başqa, erməni nazir Xankəndidəki ermənilərin hüquqlarının qorunması, təhlükəsizlik və onlara humanitar yardım məsələrini gündəmə gətirib.
Qeyd edək ki, hazırda Xankəndidəki ermənilərin təhlükəsizliyinə hər hansı bir təhdid yoxdur. Çünki Azərbaycanın paytaxtı Bakı şəhərində 30 minə yaxın erməni yaşayır ki, onlar da yerli sakinlərlə bərabər hüquqlara malikdirlər. Üstəgəl, Qarabağdakı rus sülməramlıları da ermənilərin hüquq və təhlükəsizliyini təmin edir. Bundan başqa, Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, ölkəmizin qanunlarını, Azərbaycanın vətəndaşlığını qəbul edən ermənilər orada sərbəst şəkildə yaşaya bilərlər.
Həmçinin A.Ayvazyan müharibə bitdikdən, yəni 10 noyabrda kapitulyasiya sənədi imzalandıqdan sonra Qarabağa gizli yollarla keçib Azərbaycan əsgərlərinə silahlı basqın edib. Nəticədə əsir götürülən terroçu ermənilərin qaytarılmasına diqqət çəkib. Ayvazyan həmin şəxslərin qaytarılması ilə bağlı beynəlxalq təşkilatlarla, xüsusən də BMT və onun xüsusi agentliyi ilə əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.
Ermənistan müxtəlif yollara əl ataraq Minsk qrupunun fəaliyyətinin yenidən bərpası üçün səylərini ciddi cəhdlə davam etdirir. Maraqlıdır, bu danışıqlar hansısa nəticə verə bilərmi?
Sualımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu düşünür ki, bu müzakirələrin hər hansı bir nəticəsi olmayacaq:
“Artıq məsələmizi həll etmişik. Vaxtilə Minsk qrupundan xahiş edirdik ki, işğala son qoyulsun. Lakin bunu etmədilər, BMT-nin 4 qətnaməsi havada qaldı. Azərbaycan özü bu qətnamələri yerinə yetirirdi. İndi isə Minsk qrupuna ehtiyacımız yoxdur. Düzdür, qurumun müzakirələrdə iştirakından imtina etmirik ki, sonra böyük dövlətlər bizə təzyiq göstərməsin. Amma Minsk qrupunun fəaliyyətinə ehtiyacımız yoxdur. Status məsələsi bizi maraqlandırmır. İndi ermənilər bu quruma yalvarırlar ki, Dağlıq Qarabağın statusunu gündəmə gətirsinlər. Aydın məsələdir ki, Minsk qrupu gəlib-gedəcək, lakin görüşlər bizim üçün əhəmiyyətsiz olacaq”.
Analitik qeyd edib ki, heç kim, hətta Minsk qrupu Dağlıq Qarabağın statusunun müəyyənləşməsi ilə bağlı bizə təzyiq göstərə bilməz:
“Artıq ermənilərin mövqeyi aydındır. Onlar müharibədə məğlub olublar. İndi saman çöpündən də yapışmağa hazırdırlar ki, gedişatı dəyişə bilsinlər. Ona görə də məqsədləri budur ki, Minsk qrupunun fəaliyyətini reallaşdırsınlar və böyük dövlətlərdə maraq oyantsınlar”.
E.Şahinoğlu sonda vurğulayıb ki, Ermənistanın Bayden Administrasiyasına müəyyən ümidləri var:
“Düşünürlər ki, bəlkə, Amerika onlara dəstək verər və yaxud Minsk qrupunun rolu fəallaşar. ABŞ-ın isə bölgəyə təsir imkanları artıq aşağı səviyyədədir. İndi bölgədə rol oynayan Rusiya və Türkiyədir. Ona görə də inanmıram ki, ermənilərin bu çağırışlarına müsbət reaksiya verilsin. Uzaq başı səfərlər olacaq, lakin həmin səfərlərin bizim üçün əhəmiyyəti yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat