
Bizim ölkədə də belə olmalıdır -RƏY
Yusif Nəzərli
03:48 02.04.2025
Gündəm
507
Dövlət, xalqın mənafeyi, milli düşüncə tərzimizin qorunması nəyi tələb edirsə, bunu dəstəkləyəcək qanunlar qəbul olunmalıdır
“Rus məktəblərinin ləğvi, qeyri-Azərbaycan dili məktəblərində ödənişli təhsil məsələsini gündəmə gətirdikdə minlərlə adam səs-səsə verib üzərimizə gəlirlər. Amma Rusiyada həmin qanuna etiraz edən bir nəfər tapa bilməzsiniz”
Rusiya Dövlət Duması rus dilini bilməyən mühacir övladlarını məktəbə götürməyi yasaqlayan qanun qəbul edib. Qanunun lehinə 409 səs verilib. Qanuna görə, dil biliklərini müəyyənləşdirən test sınağı ödənişsiz olacaq. Məktəbə götürülənlərin rus dili biliyi ilə yanaşı, Rusiyada qanuni əsaslarla yaşayıb-yaşamaması da yoxlanılacaq. Dövlət Dumasının bilgisinə görə, təhsil ili başlayarkən, mühacir övladlarının 41 faizi rus dilində ünsiyyət zamanı çətinlik çəkib. Dumada aparılan müzakirələrdə "Keyfiyyətli təhsilin əldə edilməsini və məktəb proqramının uğurlu mənimsənilməsini təmin etmək üçün rus dilini bilmək zəruridir. Əks halda, dili bilməyən uşağın öyrənmə və sosial uyğunlaşma prosesləri son dərəcə çətinləşir. O da, sinif yoldaşları və müəllimlər də problemlər yaşayır", - fikirləri səslənib. Qanun 2025-ci il aprelin 1-dən qüvvəyə minib.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az"a açıqlamasında qeyd etdi ki, özünə hörmət edən dövlət, özünə hörmət edən xalq belə də davranmalıdır:

- Bu, bəlkə də, yeganə məsələdir ki, mən Rusiyanın tərəfindəyəm. Özlərinin dövlət hegemonluqlarını hər vəchlə sübut etməyə çalışırlar. Təəssüf ki, biz bunu edə bilmirik. Hər dəfə bu istiqamətdə müzakirələr açıldıqda ruslar qalır bir tərəfdə, içimizdəki “ruslardan artıq ruslar” bizi linç edirlər. Hətta dövlət nəsə bir addım atmaq istəyəndə vətəndaşlar tapılır ki, “hüququmuz tapdanır, hüququmuz pozulur”, deyərək dövləti məhkəməyə verirlər. Azərbaycanda manqurtlaşma o qədər dərinə işləyib ki, bu cür məsələlərdə dövlət də gərəkli şəkildə hərəkət etməkdə çətinlik çəkir. Bu hadisədən çıxış edərək insanlarımıza səslənirəm; açın gözünüzü Rusiyaya baxın. Rusiya bunu edirsə, Azərbaycan çoxdan etməliydi. Biz Rusiya torpaqlarını işğal etməmişik, biz öz mədəniyyətimizi, dilimizi zorla ruslara sırımamışıq. Rusiya bizi işğal edib, öz dilini bizə zorla sırıyıb, rus dilini bilmək məcburiyyəti qoyub. Artıq 35 ildir müstəqilik, Rusiyanın işğalçılıq siyasəti, işğala, soyqırımı siyasətinə verdiyi gizli-açıq dəstək də hamıya bəllidir, amma hələ də Rusiya təsirini burada yaşatmağa çalışanlar var. Dövlət addım atmaq istəyəndə o manqurt vətəndaşlar əl-ayağa dolaşır, dövləti məhkəməyə çəkirlər. Rus məktəblərinin ləğvi, qeyri-Azərbaycan dili məktəblərində ödənişli təhsil məsələsini gündəmə gətirdikdə minlərlə adam səs-səsə verib üzərimizə gəlirlər. Amma Rusiyada həmin qanuna etiraz edən bir nəfər tapa bilməzsiniz. Bizim ölkədə də belə olmalıdır. Dövlət, xalqın mənafeyi, milli düşüncə tərzimizin qorunması nəyi tələb edirsə, bunu dəstəkləyəcək qanunlar qəbul olunmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya