BMT-də “Dekolonizasiya: Sakit İnqilab” konfransında yekun sənəd qəbul olunub
Yusif Nəzərli
16:17 15.04.2025
Gündəm
342
BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri ilə təşkil etdiyi "Dekolonizasiya: Sakit İnqilab" konfransının sonunda yekun sənəd qəbul edilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, sənəddə kolonializmin dünya miqyasında bərpa edilməsi mümkün olmayan dərin yaralar vurduğu qeyd olunub, kolonial güclərin öz tarixi cinayətlərinə görə davamlı olaraq məsuliyyətə cəlb olunmaqdan imtina etmələri qətiyyətlə pislənilib.
Bəyanatda, həmçinin Fransa və Niderland kimi dövlətlərin bu gün də öz kolonial siyasətlərindən əl çəkmədiyi vurğulanır, onların Qvadelupa, Martinik, Fransız Qvianası, Reyunyon, Mayot, Boneyra, Sin-Marten və digər əraziləri əsarət altında saxlamaqda davam etdikləri vurğulanıb.
Müstəmləkəçilik cinayətlərinin bəşəriyyətə qarşı cinayət olduğu vurğulanaraq, müstəmləkə rejimlərinin törətdikləri cinayətlərə görə ləyaqətli təzminat ödəməli olduqları bildirilib. Əks təqdirdə onlara qarşı beynəlxalq sanksiyaların qəbul edilməsinə dair çağırış edilib.
Bundan əlavə, sənəddə Bakı Təşəbbüs Qrupu kimi QHT-lərə beynəlxalq hüquq çərçivəsində kolonializmin ifşa edilməsi istiqamətində apardıqları fəaliyyətə dəstək ifadə edilib, martın 28-də Fransanın Milli Assambleyasında Bakı Təşəbbüs Qrupuna qarşı qəbul edilmiş qətnamə qətiyyətlə pislənilib.
Sonda tədbir iştirakçıları BTQ-yə tədbirin təşkilinə görə təşəkkürlərini ifadə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə