BMT-nin Azərbaycana müvəqqəti rezident əlaqələndiricisi təyin olunub

Birləşmiş Millətlər Təşkilatının Azərbaycana müvəqqəti rezident əlaqələndiricisi təyin olunub.

APA xəbər verir ki, bu barədə məlumat BMT-nin veb səhifəsində yerləşdirilib.

Qeyd edilib ki, BMT-nin Azərbaycandakı müvəqqəti Rezident Əlaqələndiricisi vəzifəsinə İqor Qarafulik təyin olunub.

Xatırladaq ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın səlahiyyət müddəti yanvarın 8-də başa çatıb.