BMT Venesuelanın təbii sərvətlər üzərində suveren hüququnu dəstəkləyir

BMT-nin Baş katibi Antoniu Quterreş Venesuelanın BMT yanında daimi nümayəndəsi Samuel Monkada ilə görüşü zamanı respublikanın təbii sərvətləri üzərində suveren hüquqlarını xüsusi qeyd edib.

Teleqraf xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Quterreş Venesuelanın təbii sərvətləri, o cümlədən neft ehtiyatları üzərində daimi suverenliyə malik olduğunu vurğulayıb və Venesuela neftinin Venesuela xalqına aid olduğunu bəyan edib.

BMT Baş katibi eyni zamanda ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyatın BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına zidd olduğunu da diqqətə çatdırıb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Venesuela neftindən necə istifadə olunacağı ilə bağlı açıqlamalar vermiş, həmçinin ölkənin neft infrastrukturu ilə bağlı planlarını səsləndirmişdi.