Boçorişvili: Gürcüstan Ermənistan və Azərbaycanın arxalana biləcəyi yerdir
Yusif Nəzərli
10:24 12.04.2025
Gündəm
369
Gürcüstan Ermənistan və Azərbaycan arasında istənilən səviyyədə dialoqun aparılmasına vasitəçilik etməyə hər zaman hazır olub və indi də hazırdır.
APA xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
“Gürcüstanın ənənəvi olaraq hər iki qonşusu ilə - Azərbaycan və Ermənistanla yaxşı münasibətləri olub. Azərbaycanla dostluğa və çox yaxşı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətləri var və bu, bizim regiondakı çox güclü aktivdir. Ermənistanla da bizim çox yaxşı münasibətlərimiz olub və bu yaxınlarda strateji tərəfdaşlığa yüksəlib. Bu da Gürcüstanın indiki vəziyyətdə malik olduğu yaxşı aktivdir. Bizim regionumuzda sülh və sabitliyin təşviqində səmimi niyətimiz var. Ona görə də, həmişə deyirik və indi də bunu təkrarlamaq istəyirəm ki, Gürcüstan Ermənistan və Azərbaycanın arxalana biləcəyi yerdir və biz regionumuzda dialoqu və əməkdaşlığı asanlaşdıracaq bütün mümkün vasitələri təmin edəcəyik. Cənubi Qafqazın böyük potensialı var”, - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət